Accessibility links

Məhkəmə Rafiq Tağının ailəsinin şikayətini təmin etməyib AUDIO


Məhkəmə Rafiq Tağının ailəsinin şikayətini təmin etməyib AUDIO
Məhkəmə Rafiq Tağının ailəsinin şikayətini təmin etməyib AUDIO

Eynulla Fətullayev yazıçının qətlinin istintaqının gedişindən narazıdır. O Amerikanın Səsi radiosuna müsahibə verib.

Bakı Apellyasiya Məhkəməsi mərhum yazar Rafiq Tağının ailəsinin şikayətini təmin etməyib. Şikayət Nəsimi Rayon Məhkəməsinin qərarından verilmişdi.

Nəsimi Rayon Məhkəməsinə üz tutan ailə Rafiq Tağıya qarşı sui-qəsdlə bağlı səmərəli araşdırmanın aparılmadığını, ailənin hüquqlarının təmin olunmadığını iddia edib, eləcə də yazıçının ölümündə həkimlərin günahkar olduğunu bildirib, bu məsələlərə hüquqi qiymət verilməsini istəyib. Nəsimi Rayon Məhkəməsi iddiaya baxmaqdan imtina edib.

Vəkil Elçin Sadıqov “Media forum” saytına deyib ki, Bakı Apellyasiya Məhkəməsi fevralın 6-da Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb. Noyabrın 23-də o, müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən yoxdur. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır. İstintaq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə aparılır.

İnsan Haqları Uğrunda İctimai Birliyinin rəhbəri Eynulla Fətullayev Rafiq Tağının qətlini araşdıran preventiv ictimai təhqiqat qrupunun rəhbəridir. O Amerikanın Səsi radiosuna müsahibəsində yazıçının bıçaqlandığı ərazidə 40-dan çox kameranın mövcud olduğunu bildirib. Cənab Fətullayevin sözlərinə görə, ictimai təhqiqat qrupu ərazidəki videokameraları araşdırıb. Kameraların əksəriyyəti Daxili İşlər Nazirliyinə və bu nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinə aiddir. “İctimai təhqiqat qrupu ərazidəki “Seramik” adlı mağazanın kamerasının yaddaşındakı video görüntüləri tədqiq edib. Orada yazıçı qətlə yetirilməmişdən 20-30 dəqiqə öncə əlində kağıza bükülmüş əşya olan bir şəxs əks tərəfdən gəlir. Məhz bu, Rafiq Tağının dediyi “əlində kağıza bükülmüş deşici əşya olan adam” tərəfindən bıçaqlandığı ifadəsinə uyğun gəlir”, - deyə o qedy edib.

Cənab Fətullayev istintaqın Kliniki Tibbi Mərkəzin fəaliyyətinə hüquqi qiymət verilməsini vacib sayır. “Amma istintaqın məlumatında tibbi mərkəzin yazıçının müalicəsi zamanı yol verdiyi xətalardan danışılmır”.

Onun fikrincə, Rafiq Tağının qətli üzrə üç istiqamətdə araşdırma aparılmalıdır. “Birinci istiqamət yazıçının İranla bağlı tənqidi yazıları və İranın sifarişi, ikinci istiqamət Azərbaycan hakimiyyətindəki qruplaşmalar tərəfindən sifariş və üçüncü istiqamət Azərbaycan-İran münasibətlərini korlamağa cəhd edən qüvvələr tərəfindən sifariş edilən qətl kimi təhqiqat aparılmalıdır”, - deyə o qeyd edib.

XS
SM
MD
LG