Accessibility links

Çak Heygel: ABŞ Ukraynada böhranın həlli üçün müttəfiqlərə dəstəyi gücləndirir


ABŞ Müdafiə naziri Çek Heygel
ABŞ Müdafiə naziri Çek Heygel
ABŞ Müdafiə naziri Çak Heygel Birləşmiş Ştatların Ukraynada böhranın həlli üçün Avropa müttəfiqlərinə yardım tədbirlərini gücləndirdiyini deyib.

Çak Heygel bu açıqlamanı Senatda Pentaqonun 2015-ci il büdcəsilə ilə bağlı keçirilən dinləmə zamanı verib. Pentaqon rəhbərinin sözlərinə görə, Birləşmiş Ştatlar Polşada ABŞ-ın aviasiya dəstəsi vasitəsilə birgə təlimləri artırır, eyni zamanda ABŞ-ın Baltik dənizi hövzəsində NATO-nun hava mühafizə əməliyyatlarında iştirakını gücləndirir.

Müdafiə naziri deyib ki, ABŞ administrasiyası əsas diqqəti Ukrayna hökumətini iqtisadi cəhətdən dəstəkləyərək və bu ciddi məqamda müttəfiqlərlə öz öhdəliklərinə sadiq qalaraq böhran nəticəsində gərginliyin azaldılması məsələsinə yönəldəcək.

“Son həftələr baş vermiş hadisələr Amerikanın qlobal səviyyədə iştirakı və liderliyinə ehtiyac olduğunu göstərir. Prezidentin müdafiə nazirliyi üçün büdcəsində bu reallıq əks olunur və bu da belə mühüm zamanda bizim öhdəliklərimiz və liderliyimizin saxlanmasına kömək edir.”

ABŞ administrasiyası Ukraynada iqtisadiyyatı sabitləşdirmək və seçkilərin dəstəklənməsi məqsədilə 1 milyard dollar məbləğində vəsait ayırdığını bəyan edib.

Çak Heygel böhranın dinc yolla həlli üçün yardım paketinin diplomatik səylərlə bərabər böyük əhəmiyyəti olduğunu qeyd edib.

Müdafiə naziri həmçinin ABŞ-ın Rusiya ilə hərbi əməkdaşlığı bütünlüklə dayandırdığını bildirib. Bu həftənin əvvəli Çak Heygel Rusiya və Kanada, həmçinin Rusiya və Norveçlə əvvəlcədən planlaşdırılmış üçtərəfli hərbi təlimləri təxirə salıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG