Accessibility links

Çak Heyqel: "Vaşınqton İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək"


Tehranla dünya qüdrətləri arasında Vyanada danışıqların davam etdiyi bir vaxt Birləşmiş Ştatların müdafiə naziri Çak Heyqel deyib ki, Vaşınqton İranın nüvə silahı əldə edə bilməməsi üçün əlindən gələni edəcək.

Cənab Heyqel Qüdsdə İranın nüvə proqramına dair danışıqlara skeptik yanaşan İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə belə bir vəd verib. Cənab Netanyahu deyib ki, “İran beynəlxalq ictimayyətin gözünə pərdə çəkir”.

Pentaqonun rəhbəri İsrailin baş naziri və İsrail xalqını ABŞ-ın İranın nüvə silahı əldə etməsinə imkan verməməsinə dair üzərinə götürdüyü öhtəliyi yerinə yetirəcəyinə əmin edib.

İran və dünyanın altı qüdrətli dövləti nüvə proqramının dayandırılması qarşılığında Tehrana tətbiq edilən sanksiyaların yüngülləşdirilməsi istiqamətində danışıqlar aparmaq üçün dördüncü dəfə Vyanada görüşür. Tərəflər iyulun 20-dək razılıq əldə edəcəklərinə ümid edir.
XS
SM
MD
LG