Accessibility links

Çeçenistanda polisə hücumlar olub


Çeçenistanda bazar ertəsi günü polis zabitlərinə edilən hücuma görə məsuliyyəti öz üzərinə İslam Dövləti adı ilə tanınan qrup götürüb. Bu haqda Fransa xəbər agentliyi islamçıların açıqlamalarını izləyən SITE saytına istinadən məlumat verib.

Rusiya xəbər agentliyinin verdiyi məlumata əsasən, Qroznıda atışma nəticəsində iki polis zabiti həlak olub, bir neçə polis isə yaralanıb.

Polisin bildirdiyinə görə, iki nəfər əlibıçaqlı şəxs bazar ertəsi günü cənubda yerləşən Şali qəsəbəsinin polis bölməsinə daxil olaraq iki polis əməkdaşını bıçaqlayıb. Daha sonra həmin şəxslərə atəş açılaraq öldürülüb.

Qroznıda həmçinin yol polis idarəsinə hücum olub. Verilən məlumatlara əsasən, bir nəfər polis işçisi xəsarət alıb. Hücumçunun maşını onun üstünə sürdüyü və onun polis tərəfindən güllələnərək öldürüldüyü bildirilir.

Çeçenistanın lideri Ramzan Kadırov
Çeçenistanın lideri Ramzan Kadırov

Şalidən şimalda Mesker-Yurt kəndində naməlum şəxs polis postu yaxınlığında üzərindəki partlayıcıları işə salaraq özünü partladıb. Hücumçu ölüb, başqa xəsarət alanın olmadığı bildirilir.

Bazar ertəsi dörd hücum nəticəsində beş polis işçisi həlak olub, üç nəfər yaralanıb. Azı üç hücumçu isə ölüb.

Çeçenistanın başçısı Ramazan Kadırov bildirib ki, hazırda Qroznıda və Çeçnistanda vəziyyət sakitdir. O, hücumların müsəlmanların Qurban bayramı münasibətilə tədbirlərinə mane olmaq cəhdi olduğunu deyib.

XS
SM
MD
LG