Accessibility links

Çeçenistanda yeni idman kompleksinə Ramzan Kadırovun 15 yaşlı oğlunun adı verilib


Ramzan Kadırov
Ramzan Kadırov

Rəsmilər Çeçenistanın şərqində yerləşən bir kənddə büdcənin hesabına inşa edilən ikimərtəbəli idman kompleksinə Ramzan Kadırovun 15 yaşlı oğlu Ahmədin adını verib. Bu barədə dövlətə məxsus “Qroznı” kanalı reportaj yayıb.

“Əhməd Kadırov “Əhməd” döyüş klubunun yetişdirməsidir. O, artıq bir neçə beynəlaxlq turnirlərdə iştirak edib. O, inidyədək məğluniyyətə uğramayıb. Əhməd peşəkar səviyyədə idmanla məşğul olmaqla yanaşı dini öyrənir və təhsilində əla nəticələr əldə edir. O öz yaşıdlarına nümunə olur” – televiziyada yayımlanan reportajda deyilib. İdman kompleksinin açılış günündə binanın fasadında Ramzan Kadırovla atasının portretləri asılıb.

2016-cı ilin oktyabr ayında 10 yaşlı Əhməd Kadırov və qardaşlarının Qroznıda MMA qarışıq döyüş növləri üzrə turnirdə iştirak etməsi Rusiyanın idman sahəsində qalmaqala səbəb olmuşdu.

Rusiya MMA-nın prezidenti Fedor Yemelyanenko həmin döyüşləri tənqid etdiyi üçün çoxsayda təhdidlər alıb, Moskvada isə onun qızına hücum ediblər. Kadırov o zaman Yemelyanenkonun qızına hücum edənlərin “ağır şəkildə” cəzalandırılmasına çağırıb.

XS
SM
MD
LG