Accessibility links

Çempionlar Liqasında 1/8 final cütlükləri məlum oldu


Çempionlar Liqasında 1/8 final cütlükləri məlum oldu
please wait

No media source currently available

0:00 0:01:08 0:00

Çempionlar Liqasında 1/8 final cütlükləri məlum oldu

UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında keçirilən tədbirdə pley-offa vəsiqə qazanan komandalar 1/8 final mərhələsindəki rəqiblərini tanıyıblar.

Hər biri beş dəfə Çempionlar Liqasının qalibi olmuş Liverpul və Bavariya klubları növbəti mərhələdə üz-üzə gələcəklər. Daha iki ingilis kulubu Mançester Siti və Totenham klubları da müvafiq olaraq digər iki alman klubu Şalke 04 və Borussiya Dortmundla qarşılaşacaq.

Çempionatın sonuncu qalibi Real Madrid isə 4 dəfə bu ada yiyələnmiş Ayaks klubu ilə qarşılaşacaq.

Bazar günü Liverpula 3-1 hesabı ilə məğlub olan İngiltərənin Mançester Yunayted klubu növbəti mərhələ uğrunda Fransa çempionu PSJ ilə mübarizə aparacaq.

Serie A çempionu Yuventus ötən mövsüm Avropa Liqasının qalibi Atletiko Madridlə, Barselona Olimpik Lyonla, Roma isə Porto ilə üz-üzə gələcək.

8/1 final mərhələsinin oyunları fevralın 12-sində başlayacaq.

XS
SM
MD
LG