Çexiya vətəndaşları bazar günü `Məxməri İnqilab`ın 30 illiyini qeyd edirlər. Çox sayda insan kommunist idarəçiliyinə son qoyan hadisələrə həsr edilmiş tədbirlər və konsert proqramlarına qatılmaq üçün Praqanın mərkəzinə toplaşıb.
Yubiley təntənələri prezident Miloş Zeman və vitse-prezident Andrey Babişa qarşı ölkə əhalisinin təxminən dörddə birinin iştirak etdiyi kütləvi etiraz mitinqlərindən sonra keçirilir. Onların ölkədə demorkratiyanı zəiflətdiyinə dair narahatqlıqlar mövcuddur.
İki lider bayram təntənələri zamanı izdihamlı tədbirlərdən kənarda qalmağa çalışsa da, prezident Babiş səhər 1989-cu ildə polisin nümayişçi tələbələri döydüyü yerdə qoyulmuş abidəni ziyarət edib. Bu hadisə totalitar rejim əleyhinə etirazların vüsət almasına səbəb olmuşdu.
Babiş abidəni qısa müddət ziyarət etdikdən sonra onlarla nümayişçi ilə qarşılaşıb.
“Sizin bildiyiniz kimi mən Kommunist partiyasının üzvü olmuşam. Mən bununla fəxr etmirəm” - deyə, milyarder-biznesmen bildirib.
Babiş daha sonra Milli muzeydə çıxışı zamanı deyib: “Öz fikrini ifadə edən və bizim yaşadığımız ölkənin taleyindən narahat olan insanlara təşəkkür edirəm. Bizim fikirlərimiz üst-üstə düşməyə bilər və həqiqədən də üst-üstə düşmür. Amma siyasi fikirlər elə buna görə mövcuddur.”
Tələbə yürüşünün yenidən qurulması insanlara etirazlarda iştirak edən dissidentlərin səslərini eşitmək imkanı verib. Berlin divarının sökülməsindən bir neçə gün sonra keçirilən bu etirazlar Çexoslovakiyada kommunist rejiminin dinc sonuna və yazıçı-dssident Vatslav Havelin hakimiyyətə gəlişinə yol açdı.
Bir çox insan `Məxməri İnqilab`ın 30 illik yubileyi münasibətilə keçirilən tədbirlərə ailəliklə qatılıb.