Accessibility links

Çikaqonun Avto-Şousunda diqqət mərkəzində yük avtomobilləri və SUV-lər olub


Çikaqonun Avto-Şousunda diqqət mərkəzində yük avtomobilləri və SUV-lər olub
please wait

No media source currently available

0:00 0:03:13 0:00

“Çikaqo Avto Şousu” amerikalıların daha böyük və daha möhkəm avtomobillərə üstünlük verdiklərinə işarədir. “Çikaqo Avto Şousu” “Detroyt Avto Şousu” iyun ayına keçirildikdən sonra Amerikanın ilk ən böyük avtomobil şousu oldu.

Bill Volşun atası 1960-cı illərdə avtomobil satmağa başlayanda İlinoys ştatının Ottava şəhərinə gələn müştərilər ABŞ-ın üç böyük avtomobil istehsalçıları olan Ford, G.M. (General Motors) və Chrysler-in dördqapılı sedanlarına üstünlük verirdi. "Bill Walsh Automotive" qrupunun baş meneceri Bill Valş: “Hamı bu maşınlardan danışırdı.”

Lakin bugünkü müştərilər sərgi salonuna gəlməzdən əvvəl istədikləri avtomobili internetdə seçir. Volşun dediyinə görə, məsələ almağa gələndə yeni sedanları alan müştərilərin sayı az olur. “İnventarımızda yeni və işlənmiş avtobillərin 25-26 faizinə baxırıq. Bu göstərici düşüb. Satışların ən yüksək göstəricisi-50 faizini idman tipli avtomobillər təşkil edir" deyə, Bill Valş bildirir.

2019-cu ildə ABŞ-da ən çox satılan 10 avtomobildən 7-si yük avtomobili, ya da SUV-lər, idman tipli avtomobillər olub. Elə həmin il Amerikada 4.7 milyon avtomobil satılıb ki, bu da 1950-ci illərdən bəri ən yüksək göstəricidir.

Bu dramatik bir dəyişiklikdi və istehsalçılar buna görə də Volkswagen Beetle, Ford Focus və hibrid elektrikli Chevrolet Volt kimi modellərdən imtina edir. Bunlar 2020-ci il “Çikaqo Avto Şousu”nda-da görə bilmədiyiniz modellərdir. Burada diqqət mərkəzində yük avtomobilləri və SUV-lərdir.

General Motors Chevrolet brendinin marketinq direktoru Stiv Mayoros hazırkı SUV avtomobillərinin hazırda yanacağa qənaətli, kiçik ölçülü avtomobillərlə rəqabət apardığını deyir.
İdman tipli avtomobillərin çoxu müştərilərin istədiyi yeni texnologiya və əlaqə vasitələri təklif edir. “2019-cu illərin Fordu ilə müqayisədə satdığımız 2020-ci ilin modellərinin hər birində 100 faiz qoşulma var idi” deyə, Bill Qubinq bildirir.

Bill Qubinq Amerikada ən çox satılan Explorer avtomobillərini istehsal edən Ford şirkətinin satış üzrə meneceridir. “Fikrimcə biz universal avtomobil dövründəyik.”

Buna baxmayaraq Ford və General Motors hələ də sedanın bir neçə növünü təklif edir.

Mayoros deyir ki, Chevrolet də yığcam Bolt elektrik avtomobilinə marağın artdığını qeyd edir. “Əslində bu ilin yanvar ən yaxşı ayımız oldu. Bu, elektrik avtomobillərə tələbatın olduğunu göstərir."

Lakin Bill Volş onun şirkətinin bununla bağlı çətinliyi olduğunu deyir. “Hələ də elektrik avtomobillərlə bağlı müəyyən narahatlıqlar mövcuddur.”

ABŞ-ın avtomobil istehsalçısı “böyük üçlüyün” son illərdə sedandan uzaqlaşmasını müşahidə etsə də, bu gün sedan bazarındakı boşluğu dolduran Toyota və Kia kimi xarici avtomobil istehsalçılarının daxil olduğu 27 franşizasından ibarət geniş bir qrupa nəzarət edir. Bill Valş:
"Bu avtomobillər üçün hələ də bazar var. Onların sıralarına nəyinsə əlavə edildiyini görmürəm, amma sedan modellərinə sadiq qalan bizneslərin həmin avtomobilləri təklif etməyə davam edəcəyini düşünürəm."

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG