Accessibility links

Çikaqoda atışma yaşanıb


Çikaqo şəhərində şənbə günü gecədən başlayaraq yeddi saat davam edən silahlı atışma nəticəsində 40 nəfər gülləə yarası alıb. Şəhər polisi bildirib ki, yaralananlardan dörd nəfər həyatını itirib. Çikaqo rəsmiləri silahlı zorakılıqların azaldığı bir ildə bu cür hadisəni böyük faciə adlandırıb.

Çikaqo polis şöbəsinin rəisi Fred Valler mətbuat konfransında bildirib ki, əhalisi təxminən 2,7 milyon nəfər olan və ABŞ-ın üçüncü ən böyük şəhərində dünən baş verən bu hadisə kriminal qruplar arasında baş verib.

Polis əlavə edib ki, silahlı şəxslər şəhərdəki bir dəfn mərasimindən sonrakı yığıncağı, ziyafət və şəhərin mərkəzində minlərlə insanın toplaşdığı konserti hədəf alıblar.

Yerli mətbuatın verdiyi məlumata görə, hadisənin ən şiddətlisi şəhərin qərb bölgəsində baş verib və burada 25 nəfər güllə yarası alıb.

Fred Valler əlavə edib ki, 2018-ci ildə Çikaqoda baş verən silahlı hücumların sayı əvvəlki illərə nisbətən aşağı düşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG