Accessibility links

Çilidə 6.7 bal gücündə zəlzələ baş verib


Çilinin şimali-mərkəzi regionunda şənbə günü 6.7 bal gücündə zəlzələ azı iki nəfərin ölümünə, minlərlə insanın isə müvəqqəti elektriksiz qalmasına səbəb olub.

Rəsmilər Santyaqodan təxminən 500 kilometr məsafədə yerləşən Koquimbo sahil bölgəsində sunamini istisna etsə də, sakinlərin daha yüksək ərazilərə evakuasiya edilməsinə göstəriş verilib.

Çili Milli Təcili Yardım Xidməti bildirib ki, Koquimboda ölən yaşlı kişi və qadın zəlzələ zamanı infarkt keçiriblər.

ABŞ-ın Geoloji Xidməti bildirib ki, zəlzələnin episentri Koquimbo şəhərindən 16 kilometr cənub-qərbdə, 53 kilometr dərinlikdə olub. Zəlzələ nəticəsində yer titrəyişləri paytaxt Santyaqoda da hiss edilib.

2015-ci ildə Koquimbo regionunda 8.3 bal gücündə zəlzələ nəticəsində sunami baş vermiş, onlarla insan həyatını itirmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG