Accessibility links

Çilidə Günəş tutulması müşahidə edilib


Minlərlə insan Günəş tutulmasını izləmək üçün iyulun 2-də Çilidəki And dağlarına toplaşıb. İnsanlar Günəş tam tutulduğunu və Kokimbo La Silla rəsədxanasına qaranlıq çökdüyü anı müşahidə edib.

Bütün dünya boyu rəsədxanalar bu nadir hadisəni yaxalayıb araşdırmaq üçün Çiliyə xüsusi avadanlıqla təchiz olunmuş nümayəndə heyətlərini göndərib.

Alimlər son model teleskoplardan istifadə edərək Günəş tacına xüsusi diqqət yetirəcəklər.

Çilidə əksər hallarda aydın səma olduğundan bura səmanı izləmək üçün ən yaxşı məkanlardan biridir.

Bu dəfə ən gözəl görüntü sahil şəhəri La Serenanın yaxınlığında rütubətin və şəhər işıqlarının olmadığı Atakama səhrasında görünüb. Çili Astronomiya Cəmiyyətinin verdiyi məlumata görə, bu bölgədə 1592-ci ildən bəri Günəş tutulması müşahidə edilməyib. Burada növbəti Günəş tutulması 2165-ci ildə gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG