Accessibility links

Çilinin hərbi təyyarəsi 38 ekipajla itkin düşüb


Çilinin Hərbi Hava Qüvvələri çərşənbə axşamı yük təyyarələrindən birinin Cənubi Amerika ilə Antarktida arasındakı təcrid olunmuş ərazidə itkin düşdüyünü bildirib. Təyyarənin göyərtəsində 38 nəfərlə birlikdə qəzaya uğradığını və xilasetmə qrupunun sağ qalanları axtardığını bildirib.

Hercules C130 təyyarəsi bazar ertəsi axşam 04:55-də havaya qalxaraq, Punta Arenas şəhərindən Antarktidadakı bir bazaya yola düşdükdən sonra operatorlar səhər saat 6-da təyyarə ilə əlaqəni itiriblər.

Hərbi Hava Qüvvələri verdiyi açıqlamada hərbi yük təyyarəsini tapmağı və ya sağ qalanların olub-olmadığını müəyyənləşdirməyə çalışsalar da, hadisədən uzun saatların keçdiyini nəzərə alaraq qəza ehtimalının yüksək olması qənaətinə gəldiyini söyləyib.

Təyyarə 17 ekipaj üzvü və 21 sərnişin daşıyırdı. Hava Qüvvələri xilasetmə qrupunun "mümkün olanları xilas etmək məqsədi ilə təyyarə ilə əlaqənin itdiyi bölgəni" nəzarətə götürdüyünü bildirib.

Qəza paytaxt Santyaqoda artan narazılıqlar və təxminən iki aydır iğtişaşlarla mübarizə aparan Çili və Prezident Sebastian Pinera üçün mürəkkəb bir vaxt baş verib. Prezident qəzadan sonra çərşənbə axşamı Argentinaya planlaşdırılan səfərini ləğv edəcəyini bildirib.

Təyyarənin qəzaya uğradığı bölgə Cənubi Amerika qitəsinin pinqivinlərin yaşadığı, ucqar geniş buz təbəqələrinin mövcud olduğu bir ərazidir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG