Accessibility links

Çilinin təhlükəsizlik qüvvələri kobud hüquq pozuntularında ittiham olunur


Riot police detain a demonstrator during a protest against Chile's government, in Santiago, Chile December 10, 2019. REUTERS/Pablo Sanhueza
Riot police detain a demonstrator during a protest against Chile's government, in Santiago, Chile December 10, 2019. REUTERS/Pablo Sanhueza

BMT təhqiqatçıları Çili polisi və ordusunu bu yaxınlarda sosial və iqtisadi narazılıqlar səbəbilə keçirilən kütləvi nümayişlər zamanı zorakılıq və kobud hüququ pozuntularında, o cümlədən işgəncə və təcavüzdə ittiham edib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının istintaq qrupu 30 səhifəlik hesabat dərc edərək, təhlükəsizlik qüvvələri tərəfindən ifrat gücdən istifadə ilə bağlı narahatlıqlarını ifadə edib. Hesabatda deyilir ki, Çilidə bu yaxınlarda etirazçılara qarşı zorakı təqiblər onlarla insanın ölümü, çox sayda insanın yaralanması və minlərlə nümayişçinin ixtiyari həbsi ilə nəticələnib.

Çili Baş Prokurorluğu 26 nəfərin ölümü ilə bağlı istintaqın aparıldığını bildirib. Hesabatda bu ölüm hallarına görə dövlət agentləri cavabdeh tutulur və bəzi hallarda canlı gülllələrdən istifadə olunduğu bildirilir.

Çilinin Ədliyyə Nazirliyi bildirib ki, etirazlar zamanı 5000-ə yaxın insan yaralanıb. Onların yarısından çoxu polis zabitləri olub. BMT-nin mənbələrinə əsasən isə xəsarət alanların sayı hökümət rəsmilərinin bildirdiyindən daha çoxdur. Onlar dövlət rəsmilərini dinc nümayişlər zamanı iğtişaş tüfəngləri kimi silahlardan lazımsız və qeyri-mütənasib şəkildə istifadə etməkdə ittiham edir.

İmma Querras-Delqado noyabrın ilk üç həftəsində Çilidəki missiyaya başçılıq edib. O deyib ki, oktyabr ayının ortasından bəri keçirilən nümayişlərə bir neçə şey səbəb olub. Onlar arasında sosial və iqtisadi bərabərsizlik var.

"Həmin dövrdə toplaşmaq hüququndan istifadə edən insanlar bunu dinc şəkildə edib. Biz polisin müdaxiləsinin repressiv şəkildə olduğu qənaətinə gəlmişik”, Querras-Delqado deyib.

O bildirib ki, missiya xüsusilə içində qurğuşunun olduğu rezin güllələrdən istifadə olunmasından narahatdır. Onun sözlərinə görə, yüzlərlə insan gözündən xəsarət alıb və bir çox insanda nəticədə korluq yaranıb. Querras-Delqado ölkə boyu dinc nümayişlərin polis və ordu tərəfindən qəddar şəkildə yatırılmasını qınayıb.

"BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sənədləşdirdiyi insan haqları pozuntularına qanunsuz öldürmə və yaralamalarla nəticələnən həddindən artıq və ya lazımsız gücdən istifadə, ixtiyari həbslər, işgəncə və pis rəftar daxildir”, o deyib.

Hesabatda Çili höküməti nümayişlərə nəzarət məqsədilə iğtişaş tüfənglərindən lazımsız istifadəyə son qoymağa çağırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG