Accessibility links

Çimərlik festivalı zamanı sahili vuran sunami 384 nəfərin həyatına son qoydu [Video]


Zəlzələ və sunami nətiəsində xəsarət alanlara tibbi yardım açıq havada göstərilir.
Zəlzələ və sunami nətiəsində xəsarət alanlara tibbi yardım açıq havada göstərilir.

İndoneziya rəsmiləri bildirir ki, cümə günü ölkədə baş verən 7.5 gücündə zəlzələ və onun nəticəsində yaranan sunami ölkənin mərkəzi Sulavesi əyalətində Palu və Donqqala şəhərlərində ən azı 384 nəfərin ölümünə və 540 nəfərin xəsarət almasına səbəb olub.

Şənbə günü verilən məlumata əsasən, zəlzələ və sunami baş verən zaman yüzlərlə insan Palu çimərliyində keçirilən festivalda iştirak edirdi. Sahili vuran nəhəng dalğalar festival iştirakçılarının üzərinə gəlib və həmin insanların böyük əksəriyyətini özü ilə aparıb.

Milli fövqəladə hallar idarəsinin sözçüsü Sutopo Purvo Nuqroho deyib ki, sunaminin sahili saatda 800 kilometr sürətlə vurub və nəticədə sahildəki binaları və infrastruktunu məhv edib. O əlavə edib ki, minlərlə evlər, xəstəxanalar, alış-veriş mərkəzləri və hotellər dağılıb, Palunun əsas magistral yolu yararsız hala düşüb.

Sulavesi əyalətində sahilyani çayı əhatə edən körpü dağılıb.

Nuqruho deyib ki, axtarış və xilasetmə komandaları əraziyə göndərilib.

Televiziyada yayımlanan kadrlarda xəsarət almış insanlara tibbi yardımın açıq havada göstərildiyi və torbalara yerləşdirilmiş cəsədlərin küçədə sıra ilə düzüldüyü görünür.

Milli fövqəladə hallar idarəsinin sözçüsü Sutopo Purvo Nuqroho deyib ki, sunaminin sahili saatda 800 kilometr sürətlə vurub və nəticədə sahildəki binaları və infrastruktunu məhv edib.
Milli fövqəladə hallar idarəsinin sözçüsü Sutopo Purvo Nuqroho deyib ki, sunaminin sahili saatda 800 kilometr sürətlə vurub və nəticədə sahildəki binaları və infrastruktunu məhv edib.

Enerji təchizadı və telekommunikasiya xəttləri kəsilib. Bu isə şənbə günü həyata keçirilən xilasetmə əməliyyatı üçün ciddi maneələr yaradıb.İndoneziyanın fövqəladə hallar rəsmisi deyib ki, sunami insan cəsədləri və yaralananları ərazinin müxtəlif yerlərinə səpələyib.

Yerli hava limanına zərər dəyməsi ilə bağlı fərqli məlumatlar verilir. Hələlik, xilasetmə əməliyyatları zamanı həmin hava limanının yararlı olub-olmayacağı məlum deyil.

Hercules hərbi təyyarəsinə toplanan indoneziyalı əsgərlər paytaxt Cakartada yerləşən hərbi bazadan Paluya yola düşürkən.
Hercules hərbi təyyarəsinə toplanan indoneziyalı əsgərlər paytaxt Cakartada yerləşən hərbi bazadan Paluya yola düşürkən.

BMT-nin sözçüsü Stefan Ducarriç bildirib ki, BMT rəsmiləri İndoneziya rəhbərliyi ilə əlaqədədir və ehtiyac duyulan zaman yardım göstərməyə hazır vəziyyətdədir.

İndoneziya təbii fəlakətlərə ən çox məruz qalan ölkələrdən biridir.

XS
SM
MD
LG