Accessibility links

Çin ölkədə ABŞ xəbər agentlikləri üçün çalışan jurnalistlərin vizalarını dondurur


Çin rəsmiləri ABŞ xəbər agentliklərinin Çində işləyən xarici jurnalistlərinin vizalarını yeniləməyi dayandırıb. Bu, Pekin və Vaşinqton arasında davam edən iqtisadi və diplomatik mübahisələrdə atılan son addımdır.

Bu yaxınlarda vizalarının uzadılması üçün müraciət edən jurnalistlər bir il əvəzinə Çində işlərini davam etmək üçün müvəqqəti mətbuat vəsiqələri və cəmi iki ay davam edəcək yeni vizalar alıb.

CNN xəbər agentliyi Çinin qərarının onun Amerika əsilli müxbirlərindən biri olan David Kalverə təsiri olduğunu təsdiqləyib. New York Times qəzeti CNN-dən əlavə Wall Street Journal qəzeti və dünyanın müxtəlif ölkələrindəki xəbər agentliklərinə rəqəmsal görüntülər təqdim edən Getty Images media şirkətinin jurnalistlərinin də Çinin qərarından təsirləndiyini qeyd edib.

New York Times qəzetinin verdiyi məlumata görə, jurnalistlərdən birinin dediyinə əsasən, Çin rəsmiləri Tramp administrasiyasının ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən qoyulmuş yeni viza qaydaları altında işləyən Çin jurnalistlərini ölkədən çıxarmaq qərarı verəcəyi təqdirdə, Pekinin də qarşılıqlı addımlar atacağını deyiblər.

ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus açıqladığı bəyanatda bildirib ki, ABŞ “əlbəttə ki, Çin Xalq Respublikası tərəfindən təklif edilmiş addımların Çində informasiya mühitini pisləşdirəcəyindən narahatdır.”

Mübahisə mart ayında Tramp administrasiyasının Çinin Birləşmiş Ştatlarda fəaliyyət göstərən beş dövlət xəbər agentliyində işləmələrinə icazə verilən jurnalistlərinin sayını yüzə qədər məhdudlaşdırdıqdan sonra Pekinin New York Times, Washington Post və The Wall Street Journal qəzetlərindən bir neçə jurnalisti ölkədən çıxardığı vaxt başlayıb.

Bundan sonra Tramp administrasiyası may ayında bütün çinli jurnalistlərin əvvəllər verilən müddətsiz giriş vizaları əvəzinə yalnız 90 günlük iş vizaları alacağını elan edib.

XS
SM
MD
LG