Accessibility links

Çin öz ticarət praktikasını müdafiə edərək, bunun dünyaya bir imtiyaz olduğunu bildirib. Bu ölkə Pekinin proteksianist siyasətindən uzaqlaşan ABŞ və Avropanın təzyiqlərini azaltmağa çalışıb.

"Çinin iqtisadi artımı onun dünyadakı ticarət tərəfdaşlarına böyük imkanlar yaradır" - deyə, Çinin ticarət nazirinin müavini Vanq Şouven Pekində keçirilən mətbuat konfransında bildirib.

Çinin iqtisadi artımı onun dünyadakı ticarət tərəfdaşlarına böyük imkanlar yaradır

Vanq Çində 2001-ci ildə Dünya Ticarət Təşkilatına üzv zv olduqdan bəri aparılan islahatlarla bağlı hesabat barədə açıqlama verib. O, Pekinin bütün vədlərinə əməl etdiyini vurğulayıb.

Pekin ABŞ prezidenti Donald Trampın Çin məhsullarına böyük tariflər tətbiq etmək qərarına qəzəblidir.

Dünyanın ikinci ən böyük iqtisadiyyata malik olan Çinin Trampla mübahisələrdən sonra özünün azad ticarət mövqeyini müdafiə etdiyini deyən nazir müavini ölkələr arasında azad ticarət və investisiyana dəstək üçün doğru işlər görəcəyini də ümidini ifadə edib.

Bundan əvvəl Çin ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi əlavə tariflərə əks-tədbirlər görüləcəyini bəyan edib.

ABŞ prezidenti Donald Tramp bu yaxınlarda bildirib ki, Amerikanın ticarət təmsilçilərindən 200 milyard dəyəri olan 10 məhsulun müəyyən edilməsinə göstəriş verib. Həmin mallara 10 faizlik əlavə tarif tətbiq ediləcək.

Prezident bu qərarın Pekinin ABŞ-ın 50 milyardlıq mallarının tariflərinin yüksəltməsinə cavab olaraq verildiyini deyib. Pekin idə bu addımın Trampın qərarına cavab olaraq atıldığını iddia edir.

Çinin ticarət naziri Trampın qərarını tənqid edərək, bunun ekstrimal təzyiq və şantajdan başqa heş nəyə səbəb olmadığını deyib.

ABŞ dövlət başçısı Çin prezidenti ilə sıx əlaqələrə malik olduğunu bildirsə də, Çin və digər ölkələrin Amerika ilə ticarət əlaqələrindən sui-istifadəsinə yol verilməyəcəyini bildirib.


China has offered to cut its multi-billion trade surplus with the United States, but has refused to abolish a strategy that its Communist leaders believe is a path to increased global influence and prosperity.

China and the European Union announced this week they will form a group to update WTO rules to keep pace with global economic developments.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG