Accessibility links

ÜST: Çin COVID-19 tədqiqat qrupunu qəbul etməyə hazırdır


Ümumdünya Səhiyyə Təşkilatının regional rəsmiləri cümə axşamı bildirib ki, Çin səbəb olduğu COVID-19-un mənşəyini araşdırmaq üçün təşkilatın mütəxəssislərindən ibarət beynəlxalq qrupu qəbul etməyə hazırdır.

Ümumdünya Səhiyyə Təşkilatının Regional Fövqəladə Hallar üzrə direktoru, doktor Babatunde Olovokure Manilada keçirilən mətbuat konfransında agentliyin Çinlə təmasda olduğunu və ziyarət edəcəkləri yerləri müzakirə etdiyini deyib.

Təşkilat çərşənbə günü 74,2 milyondan çox yoluxmaya, 1,6 milyondan çox ölümə səbəb olan qlobal pandemiyanın səbəblərini araşdırmaq üçün yanvarın ilk həftəsində bir tədqiqat qrupunun Çinə göndəriləcəyini bildirib.

Bu həftənin əvvəlində Associated Press xəbər agentliyinə verdiyi müsahibədə Ümumdünya Səhiyyə Təşkilatının Çinə gedən komandasının üzvü, Almaniyadan olan bioloq Fabian Lendertz ziyarətə COVID-19-un ilk dəfə aşkarlandığı Uhan şəhərindən başlanacağını deyib. Əksər tədqiqatçılar yoluxmanın yarasalardan qaynaqlandığına inanır.

Çin əvvəllər bu xəstəliyin mənşəyi ilə bağlı beynəlxalq araşdırma çağırışlarına qarşı çıxaraq, bu cür çağırışların Çinə qarşı olduğunu deyirdisə, indi Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi altındakı tədqiqata açıq olduğunu bildirib.

Çini epidemiyanın miqdarını gizlətməkdə günahlandıran ABŞ Ümumdünya Səhiyyə Təşkilatının şərtlərini tənqid edərək, tədqiqat qrupunu "şəffaf" araşdırmaya çağırıb. Çinli alimlərə ilkin tədqiqatların birinci mərhələsində buna icazə verilmişdi.

Çinin dövlət mediası ölkəyə idxal edilən dondurulmuş ərzaq qablamalarında və keçən il Avropada dolaşdığı deyilən elmi sənədlərə əsaslanaraq, koronavirusun Uhandan əvvəl xaricdə mövcud olduğunu iddia edirdi.

XS
SM
MD
LG