Accessibility links

Çin ÜST-ün virusun mənşəyi ilə bağlı təhqiqatın ikinci mərhələsinə dair təklifini rədd edib


Çin Ümumdünya Səhiyyə Təşkilatının koronavirus pandemiyasının mənşəyi ilə bağlı təhqiqatın aparılmasınını ikinci mərhələsinə dair təklifini rədd edib.

Çin Milli Səhiyyə Komissiyası nazirinin müavini Zeng Yixin cümə axşamı Pekində jurnalistlərə verdiyi açıqlamada BMT-nin səhiyyə təşkilatının Uhan şəhərindəki laboratoriyaların yoxlamalarını əhatə edən təklifini oxuduğu zaman olduqca təəccübləndiyini bildirib.

Zeng ÜST-nin virusun mənşəyi ilə bağlı axtarış təklifində "sağlam düşüncənin" olmadığını və bunun Pekinə qarşı hörmətsizlik olduğu üçün qəbulunun "qeyri-mümkün" olduğunu bildirib.

Bu ilin əvvəlin ÜST-ün tədqiqatçı qrupu virusun mənşəyini araşdırmaq üçün Uhana səfər etmişdi. Qrup virusun heyvanlardan insanlara keçdiyini və bəzi fərziyyələrə görə Uhan Viroloji İnstitutundan sızmasının “çox çətin” olması fikrinə gəlmişdi.

Lakin ÜST Baş Direktoru Tedros Adhanom Çini ilkin məlumatları paylaşmamaqla qrupla tam əməkdaşlıq etmədiyi üçün tənqid etmişdi. O, laboratoriya qəzası da daxil olmaqla, bütün nəzəriyyələrin araşdırılmasına davam etməyə çağırmışdı.

Digər tərəfdən isə Çin rəsmiləri və xəbər agentlikləri virusun ABŞ-ın hərbi laboratoriyasından sıza bilməsi ehtimalını ortaya atmağa başlasa da, bu nəzəriyyə elm ictimaiyyəti tərəfindən rədd edilib.

Bu arada yeni araşdırmanın nəticələri göstərir ki, iki dozalı COVID-19 peyvəndləri koronavirusun olduqca yükəsk yoluxma qabiliyyətinə malik olan Delta versiyasına qarşı effektivdir.

Çərşənbə günü New England Journal of Medicine jurnalında nəşr olunan araşdırmada İngiltərə İctimai Sağlamlıq araşdırmaçıları Pfizer peyvəndinin iki dozasının Alfa variantına qarşı 93 faiz, Delta variantına qarşı isə 88 faiz effektivliyini ortaya çıxarıb.

Tədqiqatçılar bundan əlavə iki dozalı AstraZeneca peyvəndinin isə Alfa variantına qarşı 74 faiz, Delta versiyasına qarşı isə 67 faiz təsirli olduğunu bildirib.

Bundan əlavə tədqiqatçılar müəyyən edib ki, Pfizer vaksininin tək bir dozası Delta veriyasına qarşı cəmi 36 faiz təsirlidir. AstraZeneca peyvəndinin də tək dozası 30 faiz təsirə malikdir.

Çərşənbə axşamı onlayn olaraq digər bir araşdırma isə Johnson & Johnson COVID-19 peyvəndinin Pfizer və Moderna ilə müqayisədə
koronavirusun variantlarına qarşı daha az təsirli olduğunu göstərib.

XS
SM
MD
LG