Accessibility links

ÜST Çinin COVID araşdırma komandasının ölkəyə daxil olmasına icazə vermədiyinə görə narahatlığını bildirib


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çərşənbə axşamı Çin rəsmilərinin beynəlxalq araşdırmaçı komandanın koronavirusun mənşəyini araşdırmaq üçün son dəfə ölkəyə daxil olmasına icazə verməməsindən narahat olduğunu bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədəki qərargahından etdiyi ənənəvi COVID-19 brifinqi zamanı baş direktor Tedros Adhanom Qebreyesus Çinin üzvlərindən bəzilərinin artıq Uhana səyahət edən komandanın ölkəyə girişinə icazə verməməsinin onu çox narahat etdiyini deyib. Bu xəbər komandanın digər üzvlərini son anda səyahətlərini ləğv etməyə məcbur edib.

Tedros səfər planının Ümumdünya Səhiyyə Təşkilatı rəsmiləri, Çin hökuməti və Uhana gedəcək komanda üzvlərinin ölkələri arasında razılaşdırıldığını bildirib. O, agentliyin Çin rəsmilərinin komandanın ölkəyə girişii üçün lazımi icazələrin hələ dəqiqləşdirmədiyini çərşənbə axşam öyrəndiyini deyib.

“Mən onlara bir daha missiyanın ÜST və beynəlxalq komanda üçün prioritet olduğunu açıq şəkildə bildirdim. Çin komandanın ölkəyə daxil olması üçün prosedurları mümkün qədər sürətləndirəcıyinə söz verdi. Biz bu missiyanı ən qısa müddətdə həyata keçirmək istəyirik.”

Çin 2019-cu ilin dekabr ayının 31-də ÜST-ə Uhanda səbəbi məlum olmayan pnevmaniya xəstəliyininin baş qaldırdığını bildiriib və yeni koronavirusun yayılmağa başladığından şübhələndiyi bir bazarı bağlayıb.

Səhiyyə nazirləri may ayında ÜST-dən virusun mənbəyini və həmin növün necə yayıldığını müəyyənləşdirməyə çağırıb.

Çini pandemiyanın miqdarını gizlətməkdə günahlandıran ABŞ dünya ölkələrini ÜST-ün rəhbərliyi altında şəffaf istintaqa səsləyib. ABŞ Çini alimlərinin tədqiqatların ilk mərhələsini həyata keçirməsinə imkan verən şərtlərini tənqid edib.

ABŞ prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatını pandemiya dövründə Çinin oyuncağı olmaqda günahlandırıb.

XS
SM
MD
LG