Accessibility links

Çin ÜST-nı koronavirusla bağlı təhqiqata qoşulmağa dəvət etməyib


ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə axşamı bildirib ki, Çin təşkilatı koronavirus pandemiyasının səbəbilə ilə bağlı təhqiqata qoşulmağa dəvət etməyib.

ÜST-ın Pekindəki nümayəndəsi Dr. Qauden Qalea Çinin “yaxın gələcəkdə” təşkilatla əməkdaşlığı müzakirə edəcəyini gözlədiyini söyləyib.

Biz milli səviyyədə təhqiqatın aparıldığını bilirik, amma hələ ki, bu təhqiqata qoşulmağa dəvət olunmamışıq. Biz yaxın gələcəkdə məsələ ilə bağlı məlumatlandırılmaq və mümkün əməkdaşlığı müzakirə etməyi gözləyirik,” Qalea deyib.

Cons Hopkins Universitetinin məlumatına görə, Çinin Uhan şəhərində yaranan koronavirusun səbəb olduğu COVID-19 xəstəliyi nəticəsində dünya boyu 230 min insan ölüb, ümumilikdə 3.2 milyon insan xəstəliyə yoluxub.

Pekin pandemiya ilə bağlı məlumatlarında şəffaflığın olmamasına görə tənqid olunur. Birləşmiş Ştatlar virusun Uhanın biotəhlükəsizlik laboratoriyasından yayılıb-yayılmadığını araşdırır.

Uhanda rəsmi yoluxma halları da ən başından bəri sual edilir. Hökümət epidemiyanın pik nöqtəsində hesablama meyarlarını bir neçə dəfə dəyişib.

Bu arada isə Çin koronavirus pandemiyasının laboratoriyada əmələ gəldiyi ehtimalını və Uhanda heyvanlardan insanlara keçmədiyinə dair fikri rədd edib.

COVID-19 yaranma səbəbi hələ müəyyən olmasa da, bəzi alimlər virusun Uhanda heyvan bazarında heyvanlardan insanlara keçdiyini ehtimal edir.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG