Accessibility links

ÜST koronavirusun mənşəyini araşdırmaq üçün ekspertlər qrupunu Çinə göndərir


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənşəyini araşdırmaq üçün beynəlxalq mütəxəssislər qrupunu bu həftə Çinə göndərir.

Ancaq cümə axşamı ölkəyə getməsi planlaşdırılan mütəxəssislərin Çində 2019-cu ilin sonunda virüsün ortaya çıxdığı Uhan şəhərinə getmələrinə icazə veriləcəyi aydın deyil.

"Pandemiya ilə mübarizədə aparıcı rol oynayan Ümumdünya Səhiyyə Təşkilatının bu pandemiyanın köklərinin araşdırılmasında da aparıcı rol oynaması çox vacibdir, bununla biz növbəti pandemiyaya daha yaxşı hazırlaşa bilərik"- deyə, BMT sözçüsü Stefan Dujarrik komandanın Çinə səfəri barədə bildirib.

Çinin bazar ertəsi Ümumdünya Səhiyyə Təşkilatının komandasının səfəri ilə bağlı məlumatı ölkədə beş aydan çox müddətdə COVID-19-a bir gün ərzində 103 yoluxma halının qeyd edildiyi günə təsadüf edib.

Bu arada, Associated Press xəbər agentliyi ABŞ-da COVID-19-a qarşı peyvəndin tətbiqi ilə bağlı problemlərin olduğu haqda məlumat verib.

Bazar günü verilən xəbərlərə görə, COVID-19 virusunun alimlərin daha yoluxucu olduğunu düşündükləri Britaniya variantı Fransa və Rusiyada da aşkar edilib.

Virusa 3 milyondan çox yoluxma halının qeydə alındığı Rusiya yanvarın 13-nə qədər Britaniyadan uçuşları dayandırıb və Britaniyadan gələnlər üçün iki həftəlik karantin təyin edib.

Britaniyanın özündə isə çox sayda yoluxmalara və ölümlərə səbəb olan COVID-19 xəstəliyinə qarşı mübarizə davam edir, ölkədə karantin qüvvədə qalır.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG