Accessibility links

Çin Sincanda kütləvi həsblərlə bağlı tənqidləri rədd edir


Uyğur icmasının Türkiyədə yaşayan üzvlərinin İstanbulda nümayişi

Çin etnik uyğurlarla rəftarla bağlı tənqidləri bir daha rədd edərək, BMT-yə bildirib ki, insan hüquqlarının pozulmasına dair bəzi ölkələr tərfindən tənqidlər “siyasi məqsəd” daşıyır.

BMT-də ölkədə insan hüquqlarının durumu ilə bağlı müzakirələr zamanı Çin qərbdə yerləşən Sincan bölgəsini ektremizmin keçmiş ocağı kimi təsvir edərək, vəziyyətin insanların vərdişlərə yiyələndiyi “təlim mərkəzləri” vasitəsilə stabilləşdirildiyini bildirib.

Lakin bu mərkəzlərdə saxlanan keçmiş məhbuslar obyektləri siyasi düşərgələr adlandıraraq, burada etnik uyğurlar, qazaxlar və başqa müsəlman azlıqların öz dinlərindən imtina etməyə və hakim kommunist partiyasına sadiqlik bildirməyə məcbur edildiklərini deyirlər.

Uyğurlar və Tibet xalqının nümayəndələri BMT qarşısında Çinə qarşı etiraz nümayişi keçirir
Uyğurlar və Tibet xalqının nümayəndələri BMT qarşısında Çinə qarşı etiraz nümayişi keçirir

BMT bundan öncə bildirib ki, bu düşərgələrdə məhkəməsiz bir milyona qədər insanın saxlandığı haqda etibarlı məlumatlar var.

Çərşənbə günü İnsan Haqları Şurasında hər bir üzv dövlətlə bağlı müzakirələrin bir hissəsi olaraq keçirilən müzakirələr zamanı ABŞ, Kanada, Yaponiya və bir sıra başqa ölkələr Pekini Sincanda müsəlmanlara münasibətdə rəftarla əlaqədar olaraq artan narahatlıqları ünvanlamağa çağırıb.

ABŞ-ın müvəqqəti işlər müvəkkili Mark Kassyre Çini “regionda məhkəməsiz saxlanılan minlərlə, mümkündür, milyonlarla şəxsi dərhal azad etməyə” çağırıb. Kanada və Britaniyanın nümayəndələri də Çində insan haqlarının durumunun pisləşdiyini qeyd ediblər.

Çinin xarici işlər nazirinin müavini Le Yuşenq tənqidləri rədd edib.

“Biz bəzi ölkələr tərəfindən siyasi motivlərə əsaslanmış qərəzli ittihamları qəbul etməyəcəyik”-deyə, o bildirib.

Arxiv fotosu- Çinin Sincan bölgəsində Kaşqar şəhərinin küçələrində təhlükəsizlik qüvvələri və polis, 5 noyabr, 2017.
Arxiv fotosu- Çinin Sincan bölgəsində Kaşqar şəhərinin küçələrində təhlükəsizlik qüvvələri və polis, 5 noyabr, 2017.

Sincanın paytaxtı Urumçinin uyğur meri Yasim Sadiq Cenevrədə keçirilən dinləmələr zamanı hazırkı siyasətin insanların arzularına uyğun olduğunu deyib. O, Çinin son 21 ayda regionda terror hücumlarının törədilmədiyi və əvvəllər ekstremist ideologiyanın təsiri altında olub, "təlim keçmiş şəxslərin mədəni və idman fəaliyyətləri ilə məşğul olduqlarına" dair iddialarını təkrar edib.

Human Rights Watch təşkilatı bildirib ki, BMT-də keçirilən dinləmə Pekinin ölkədə insan haqlarının durumu ilə bağlı baxışları və “real vəziyyət” arasında ziddiyyətin olduğunu göstərir.

Cenevrədə etnik uyğurlar, eləcə də Tibet tərəfdarı nümayişçilər BMT-nin ofisi qarşısında yürüş keçirib.

Dünya Uyğur Konqresinin prezidenti Dolkun İsa deyib ki, xaricdə yaşayan uyğurların demək olar hamısı Çindəki ailə üzvləri ilə əlaqələri tirib.

“Buna görə də biz buradayıq-Çin hökumətinin Şərqi Türküstan, uyğurlar və Tibet xalqına qarşı qəddar təqiblərinə etiraz etmək üçün buraya toplaşmışıq”-deyə, o bildirib.

Dolkun İsa BMT-ni Çin hökumətini məsuliyyətə cəlb etmək üçün "konkret addımlar" atmağa çağırıb.

XS
SM
MD
LG