Accessibility links

ABŞ-ın Çendudakı konsulluğu rəsmən bağlandı


Çin keçən həftə Texasın Hyuston şəhərində konsulluğunun bağlanmasına cavab olaraq ABŞ-ın ölkənin cənub-qərbində Çendu şəhərindəki konsulluğunun rəsmən bağlandığını bildirib.

Xarici İşlər Nazirliyi konsulluğun qapılarını yerli vaxtla səhər saat 10-da, Çin rəsmilərin nümayəndəliyin bağlanması üçün göstəriş verdiyi dəqiq vaxtda və ABŞ bayrağının son dəfə endirilməsindən bir neçə dəqiqə sonra bağladığını bildirib.

Bundan bir neçə dəqiqə sonra bir qrup məmur binaya daxil olaraq, nəzarəti ələ alıb.

ABŞ-ın Pekindəki səfirliyinin Twitter səhifəsində Çendu konsulluğu ilə vidalaşaraq, "Hər zaman sənin üçün darıxacağıq" deyilən video yerləşdirilib.

Bazar günü bağlanmazdan əvvəl, konsulluq heyəti binanı tərk etməyə hazırlaşdığı vaxt konsulluğun ətrafında güclü təhlükəsizlik tədbirləri görülmüşdü.

Üç yük maşınının binanın ərazisinə daxil olduğu zaman polis və mülki geyimdə olan şəxslər binanın hər iki tərəfinə yerləşdirilmiş metal hasarın qarşısında dayanıb.

Çin Çendu konsulluğundakı bəzi işçiləri "səlahiyyətlərinə uyğun olmayan fəaliyyətlər"də ittiham edib.

Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin detallar barədə heç bir məlumat vermədən bu cür fəaliyyətlərin Çinin daxili işlərinə müdaxilə olduğunu və təhlükəsizlik maraqlarına zərər vurduğunu deyib.

Çin Çendudakı konsulluğun bağlanması barədə göstərişi ABŞ-ın Texas ştatının Hyuston şəhərindəki Çin konsulluğunu bağlamaq qərarından sonra keçən cümə günü verib.

Ötən çərşənbə günü Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus tərəfindən verilən açıqlamada konsulluğun bağlanması göstərişinin "Amerikanın intellektual gücünü və şəxsi məlumatlarını qorumaq üçün" verildiyi bildirilib.

Ortaqus deyib ki, ABŞ Çin Xalq Respublikasının suverenliyi pozmaq və Amerika xalqını qorxutmaq cəhdlərinə dözümsüzlük nümayiş etdirəcək. Amerikalıların işlərini itirməsi və digər qəbuledilməz əməllərinə görə ədalətsiz ticarət razılığını qəbul etməməsi kimi.

XS
SM
MD
LG