Accessibility links

Çin: ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi əlavə tariflərə əks-tədbirlər görüləcək


Çin ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi əlavə tariflərə əks-tədbirlər görüləcəyini bəyan edib.

ABŞ prezidenti Donald Tramp dünən bildirib ki, Amerikanın ticarət təmsilçilərindən 200 milyard dəyəri olan 10 məhsulun müəyyən edilməsinə göstəriş verib. Həmin mallara 10 faizlik əlavə tarif tətbiq ediləcək.

Prezident bu qərarın Pekinin ABŞ-ın 50 milyardlıq mallarının tariflərinin yüksəltməsinə cavab olaraq verildiyini deyib. Pekin idə bu addımın Trampın qərarına cavab olaraq atıldığını iddia edir.

Çinin ticarət naziri Trampın qərarını tənqid edərək, bunun ekstrimal təzyiq və şantajdan başqa heş nəyə səbəb olmadığını deyib.

ABŞ dövlət başçısı Çin prezidenti ilə sıx əlaqələrə malik olduğunu bildirsə də, Çin və digər ölkələrin Amerika ilə ticarət əlaqələrindən sui-istifadəsinə yol verilməyəcəyini bildirib.

XS
SM
MD
LG