Accessibility links

Çin ABŞ-ın 2022-ci il Olimpiya Oyunlarının diplomatik boykotunu Olimpiya ruhuna zidd adlandırıb


Çin Bayden administrasiyasının qarşıdan gələn 2022-ci il Pekin Qış Olimpiya Oyunlarını diplomatik boykot etmək qərarını pisləyərək, bunu Olimpiya ruhunun pozulması kimi qiymətləndirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zao Lijian çərşənbə axşamı Pekində jurnalistlərə deyib ki, ABŞ boykot səbəbi ilə "mənəvi nüfuz və etibarını" itirəcək, eləcə də bu qərar mühüm sahələrdə ikitərəfli "dialoq və əməkdaşlığa" mənfi təsir göstərəcək.

O, həmçinin bildirib ki, əgər Vaşinqton boykot edərsə, Çin buna qarşı “əks tədbirlər” görəcək.

Ağ Evin mətbuat katibi Cen Psaki bazar ertəsi jurnalistlərə deyib ki, Çinin “Sincanda davam edən soyqırım və insanlığa qarşı cinayətləri, eləcə də digər insan haqları pozuntuları” səbəbindən Bayden administrasiya Qış Oyunlarına “heç bir diplomatik və ya rəsmi nümayəndəlik göndərməmək” qərarına gəlib.

Diplomatik boykot qərarı o deməkdir ki, heç bir ABŞ rəsmisi Pekin Olimpiadasında iştirak etməyəcək. Lakin ABŞ komandasının oyunlarda iştirakına əngəl yoxdur.

"ABŞ komandasının idmançıları bizim tam dəstəyimizə malikdirlər" deyən Psaki bildirib ki, "Onlara 100 fazi dəstək verib evlərindən yola salacağıq".

Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü bazar ertəsi Twitter səhifəsində boykot çağırışı edən siyasətçiləri bunu “öz siyasi maraqları və baxışları üçün” etmələri ilə günahladırıb.

"Bu insanların gəlib-gəlməməsi heç kimin vecinə deyil və bu #Beijing2022-nin uğuruna heç bir halda kölgə sala bilməz" - deyə, səfirliyin nümayəndəsi bildirib.

ABŞ prezidenti Co Bayden hələ keçən ay Çinin insan haqlarının pozulması, o cümlədən Sincan əyalətində müsəlman uyğurların saxlanması və Honq-Konqda demokratiya tərəfdarı qüvvələrə qarşı repressiyaları tənqid etdiyinə görə diplomatik boykot barədə düşündüyünü bildirmişdi.

Pekin Qış Oyunları 2022-ci il də fevralın 4-dən 20-dək davam edəcək.

ABŞ-ın hazırki diplomatik boykotu 1980-ci ildəki Moskva Yay Oyunlarına qatılmamaq qərarını xatırladır. Ozamankı prezident Cimmi Karter SSRİ-nin 1979-cu ilin sonunda Əfqanıstanı işğal etməsi səbəbindən ABŞ idmançılarını Moskva Yay Oyunlarına qatılmaqdan çəkindirmişdir. O zaman ABŞ-la birlikdə 65 ölkə atletləri Moskva Yay Oyunlarına qatılmamışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG