Çinin Müdafiə Nazirliyi donanma gəmilərindən birinin ötən ay havada dövrə vuran ABŞ Donanmasının kəşfiyyat təyarrəsini lazer silahı ilə hədəf aldığına dair xəbərlərin “reallığa uyğun” gəlmədiyini bildirir.
Ötən ay Çin qüvvələrinin ABŞ və digər ölkələrin hərbi təyyarələri və personalını hədələmək və ehtimal var ki, zərər vermək üçün lazer silahından istifadə etdiyinə dair iddialar irəli sürülmüşdü.
Lakin nazirliyin sözçüsü Ren Quoqianq cümə günü nazirliyin xəbəri təkzib edib və bildirib ki, Çin eskadrası fevralın 17-də insident baş verən zaman beynəlxalq sualarda müntəzəm təlimlər keçirirdi.
Ren Çinin insidentlə bağlı ilk ictimai açıqlamasında Amerikanın P-8A Posidon təyyarəsini “Çin tərəfinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq uzun müddət aşağı yüksəklikdə kəşfiyyat aparırdı.”
Amerika təyyarəsinin niyyəti “dostca deyildi” və “qeyri-peşəkar” idarə olunurdu. Bu da gəmilərin, təyyarənin və hər iki tərəfin ekipaj üzvlərinin təhlükəsizliyinə hədə idi”.
ABŞ Donanması Çinə gəmi Quamın qərbində Filippin Dənizi üzərində ABŞ-ın kəşfiyyat gəmisinə lazer silahı ilə atəş açandan bir həftə sonra ittiham irəli sürüb. ABŞ Çinin bu addımının təhlükəli və beynəlxalq kodlara və sazişlərə zidd oluğunu hesab edir. ABŞ-ın Sakit Okean Donanması bildirib ki, lazer təyyarədəki sensorlar tərəfindən aşkarlanıb, amma onu gözlə görmək mümkün olmayıb.
Filippin Dənizi şimalda, Cənub Çin Dənizinin qərbində yerləşir. Çin bir neçə digər ölkənin iddialarına baxmayaraq Cənub Çin Dənizini öz ərazisi hesab edir.
ABŞ bu cür insidentlərdən yayınmaq üçün Çinlə dəniz və havada gözlənilməyən insidentlərin həlli ilə bağlı razılıq imzalayıb, lakin belə görünür Pekin bu protokollara davamlı şəkildə əməl etmir.