Accessibility links

Çin ABŞ-ın milli təhlükəsizliyinə ən böyük hədədir


ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

Çin Birləşmiş Ştatların iqtisadi canlılığı və milli təhlükəsizliyinə böyük risk təşkil edir.

Federal Təhqiqat Bürosunun (FBI) direktoru Kristofer Rey Hadson İnstitutunda çıxışı zamanı Çinin Birləşmiş Ştatların iqtisadi canlılığı və milli təhlükəsizliyinə “ən böyük uzunmüddətli hədə” təşkil etdiyini bildirib.

O deyib ki, Çinin Kommunist Partiyası dünyanın iqtisadi və texnoloji lideri olmaq üçün bir neçə təbəqədən ibarət nəsillərarası kampaniya aparır:

“Amma onlar bu mübarizəni təkcə legitim yenilik, ədalətli və qanuni rəqabət və vətəndaşlarına bizim Birləşmiş Ştatlarda yüksək dəyərləndirdiyimiz düşüncə, söz və yaradıcılıq azadlığını verməklə aparmır. Bunun yerinə Çin hər hansı yolla dünyanın yeganə supergücünə çevrilmək üçün dövlət səviyyəsində səylər aparır.”

Onun sözlərinə görə, onlar “hökümətimizin yürütdüyü siyasətə təsir göstərmək, ölkəmizdəki ictimai diskursu təhrif etmək və bizim demokratik proseslərimizə və dəyərlərimizə olan etimada xələl gətirmək üçün” iqtisadi casusluq, məlumat hakerliyi, əqli əmlak oğurluğu, rüşvət, şantaj daxil olmaqla başqa zorakı addımlar atır.

FBI direktoru Rey bu cür bədniyyətli və zərərli hərəkətlərin Çinin Kommunist Partiyasının işi olduğunu vurğulayıb:

“Bu məsələnin Çin xalqı və xüsusilə də, çinli amerikalılarla əlaqəsi yoxdur. İnsanlar nəsillər boyu özləri və ailələri üçün azadlığın nemətlərini əldə etmək məqsədilə Çindən Birləşmiş Ştatlara səyahət ediblər və bizim cəmiyyətimiz də onların verdiyi töhfələr nəticəsində daha da yaxşılaşıb.

Bu arada isə Çin höküməti və Kommunist Partiyası müəyyənləşdirilmiş normalar və qanun aliliyini həyasızcasına pozmağa davam edib. Direktor Rey “baş katib Şi Tsinpinin yaratdığı ‘Tülkü Ovu’ adlanan anti-korrupsiya proqramı”nı qeyd edib. O deyib ki, “Tülkü Ovu” əslində Çindən kənarda yaşayan çinliləri hədəf alan bir kampaniyadır: “”Biz siyasi rəqibləri, dissidentləri və Çində geniş yayılmış insan haqları pozuntularını ifşa etmək istəyən tənqidçiləri nəzərdə tuturuq,” o deyib. Məsələn Çin bir nəfəri Çinə qayıtması, ya da intihar etməsi üçün təhdid edib. Onlar və ailələri təhdid olunurlar, Çindəki ailə üzvləri isə həbs olunur.

Direktor Rey Çinin hökümətin bütün qolları tərəfindən apardığı yanaşmaya cavabın belə olmalı olduğunu deyib: "Bu təhlükəyə qarşı gəlmək o demək deyil ki, biz Çinlə iş aparmamalıyıq. Lakin bu o deməkdir ki, Çin bizim cinayət qanunlarımızı və beynəlxalq normaları pozanda, biz buna dözməyəcəyik. FBI və onun ABŞ hökümətindəki tərəfdaşları Çini cavabdeh tutacaq və Amerika insanlarının sayıqlığı və yardımı ilə xalqımızın yeniliklərini, ideyalarını və həyat tərzini qoruyacaq.”

XS
SM
MD
LG