Accessibility links

Çin ABŞ-ın uyğurlara dəstəklə bağlı qanun layihəsinə qəzəbli reaksiya verib


Çinin xarici işlər nazirliyi bildirib ki, heç kim Çinin "öz maraqlarını qorumaq qərarının əhəmiyyətini azaltmamalıdır".

Çinin xarici işlər nazirliyi dekabrın 4-də ABŞ Nümayəndələr Palatasının Pekinin uyğurlara münasibətinə ABŞ-ın sərt reaksiyasına çağıran qanun layihəsinin ikitərəfli əməkdaşlığa təsir göstərəcəyi barədə xəbərdarlıq edib. Bu isə ticarət müharibəsinin sona çatması üçün yaxın müddətdə razılaşma ilə bağlı şübhələri artırır.

Nazirliyin sözçüsü Hua Çanyi gündəlik brifinq zamanı Çinin ticarət müqaviləsi üçün vaxt və ya son möhlət müəyyən etməyəcəyini və Vaşinqtonun proteksionizmi və hədələri davam edərsə, maraqlarını müdafiə etmək üçün "qəti" tədbirlər görəcəyini bildirib. O bu tədbirlərin nədən ibarət ola biləcəyini açıqlamayıb.

Dekabrın 3-də ABŞ Konqresinin Nümayəndələr Palatası Tramp administrasiyasının Çinin müsəlman azlığa basqılara reaksiyasını sərtləşdirməyə çağıraraq, Çinin yüksək vəzifəli məmurlarına qarşı sanksiyaların tətbiq edilməsi və ixracata qadağalar tələb edən qanun layihəsini böyük səs çoxluğu ilə təsdiq edib.

Keçən həftə Tramp Honq Konqda hökumət əleyhinə etirazçılara dəstək verənqanun lahiyəsini imzalayıb. Çin dekabrın 2-də Honq Konqla bağlı qanun lahiyəsinə cavab olaraq, ABŞ hərbi gəmilərinin və təyyarələrinin Honq Konqa gəlməsinə icazə verilməyəcəyini bildirib və ABŞ-ın bir sıra qeyri-hökumət təşkilatlarına qarşı sanksiyalar elan edib.

XS
SM
MD
LG