Accessibility links

Çin ABŞ-ın yeni tariflərinə "cavab" verməyə hazırdır


Pekin ABŞ-ın Çin mallarına yeni tariflər tətbiq etməsinə "hər bir hazırlıq görüldüyünü" bildirib.

Baş nazir müavini və Çinin nümayəndə heyətinin rəhbəri Liu He bunu ticarət müzakirələrinin növbəti raundu üçün Vaşinqtona gəldikdə deyib.

O, Trampın cümə günündən 200 milyard dollarlıq məhsula rüsumun 10 faizdən 25 faizə qaldırılacağını bildirməsindən sonra Amerikanın ticarət təmsilçisi Robert Linqhizer və maliyyə naziri Stiven Mnuçinlə görüşməlidir.

Prezident “tezliklə” daha 325 milyard dollarlıq Çin məhsuluna 25 faizlik rüsum qoyacağını bəyan edib. Yəni bu, əslində Çindən Birləşmiş Ştatlara ixrac olunan bütün məhsulların əhatələnməsi deməkdir.

ABŞ-ın maliyyə naziri və ticarət nümayəndəsi Çinlə danışıqların növbəti raundunda iştirak etmək üçün keçən həftə Pekində olub.

Prezident Tramp Florida ştatında keçirilən yürüş zamanı tərəfdarlarına deyib ki, baş nazir müavini buraya gəlir.

“Lakin onlar razılığı pozub. Bunu edə bilməzlər və buna görə cavab verəcəklər” , Tramp əlavə edib.

Çinin Ticarət Nazirliyinin sözçüsü bildirib ki, Çin heç bir təzyiqə boyun əyməyəcək və öz maraqlarını müdafiə etmək əzmindədir.

XS
SM
MD
LG