Accessibility links

Çin ABŞ-la danışıqları rədd edir


Çin çərşənbə axşamı bildirib ki, Vaşinqton tariflər tətbiq etməyə davam etdiyi təqdirdə Birləşmiş Ştatlarla ticarət danışıqları aparmaq qeyri-mümkündür.

Vaşinqton 200 milyard dollar dəyərində Çin mallarına tariflər tətbiq edəndən bir gün sonra çıxış edən Çinin ticarət nazirinin müavini Vanq Şouven deyib ki, Pekin danışıqlara açıqldır, lakin iti tərəf bir-birinə qarşı “eyni və hörmətlə”rəftar etməlidir.

“Birləşmiş Ştatlar bu cür geniş-miqyaslı ticarət məhdudiyyətləti tətbiq edərək, boğazımıza bıcaq dirəyib. Bu şərltər altında danışıqlar necə aparıla bilər?”– o, sual edib.

Vanq avqust ayında Vaşinqtonda ABŞ rəsmiləri ilə görüşsə də, dünyanın ən bpyük iki iqtisadiyyatı arasında aylardır yüksək səviyyəli görüşlər baş tutmur.

ABŞ maliyyə naziri Stiven Mnuçin Çin rəsmilərini yeni danışıqlara çağırıb, lakin prezident Trampın əlavə 267 milyard dollar dəyərində Çin mallarına tariflərin tətbiq olunacağı ilə bağlı xəbədarlığı onun bu səylərinin qarşısını alıb.

XS
SM
MD
LG