Çin 16 milyard dollarlıq ABŞ mallarına əlavə 25 faiz tarif tətbiq edib.
Yeni tariflər avqustun 23-də qüvvəyə minir. Bu, ABŞ-ın Çin mallarına tətbiq etdiyi faizlə eynidir.
Ölkələr arasında qarşılıqlı tarif artımı ilk olaraq Vaşqintonun iyul ayının 6-da 800 Çin malına 25 faizlik tariflərin tətbiqindən sonra başlayıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Amerikanın Çinlə fantastik ticarət əlaqələrinə malik olacağını deyib. Lakin o, bunun digər prezidentlərin hakimiyyəti altında olduğundan fərqlənəcəyini bildirib.
Biznesmenlər qarşısında çıxış edən ABŞ dövlət başçısı bildirib ki, o, Çinin rifahını nəzərə alacaq, lakin Çin siyasəti Amerikaya ədalətli davranmalıdır.
Tramp dəfələrlə Çinin ABŞ-la balanssız ticarət münasibətlərinə malik olduğunu deyib. O, Çin mallarında 30 milyard dollarlıq tarif tətbiq edib.