Accessibility links

Çin-ABŞ ticarət müzakirələrinin yeni raundu başlayıb


Çin ilə ABŞ arasında ticarət mübahisələrinə dair danışıqların növbəti mərhələsi Vaşinqtonda keçirilir. Danışıqlarda iştirak etmək üçün Çin Dövlət Şurası sədrinin müavini Liu Xının rəhbərliyi ilə geniş nümayəndə heyəti Vaşinqtonda səfərdədir. Amerikanın nümayəndə heyətinə isə Robert Laythazer rəhbərlik edir.

Müzakirəçilər iki gün ərzində Vaşinqtonun Çinin Amerika şirkətlərini öz texnoloji inkişaflarının Çin şirkətləri ilə bölüşməsinə vadar etməsinə dair iddialarını və Çin bazarlarına çıxışın məhdudlaşdırılması məsələlərini gündəmə gətirir.

Lakin danışıqların yeni raundu Çinin Huawei texnologiya nəhənginin maliyyə direktoru Men Vançjou-la bağlı qalmaqalı dərinləşdirə bilər. ABŞ bu şirkəti İranla sanksiyaları pozmaqda günahlandrıb.

Çin onun dekabrın 1-də Kanadanın Vankuver şəhərində həbs edilməsinə qəzəbini bildirib. ABŞ Vançjoun ekstradisiyasını tələb edir.

ABŞ rəsmiləri 2016-cı ildən etibarən dünyanın ən böyük telekommunikasiya şəbəkələrindən biri olan Huawei şirkəti ilə bağlı təhqiqat aparır.

Reuters-in məlumatına görə, təhqiqata səbəb şirkətin ABŞ məhsullarını ABŞ-ın ixrac və sanksiya qanunlarına zidd olaraq İran və digər ölkələrə ixrac etməsidir.

Tərəflər yanvarın 7-9-da Pekində nazir müavini səviyyəsində keçirilmiş danışıqların sonunda mövzuya dair dialoqu davam etdirməyi qərara alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG