Accessibility links

Çindən Amerikaya xəbərdarlıq


Çin Trampın tarifləri artıqdığı və ya digər ticari ölçülər götürdüyü təqdirdə ABŞ-la ticarət və biznes razılıqlarını ləğv edəcəyi ilə hədələyib.

Təhdidlər ABŞ ticarət naziri Uilbur Ross və Çinin baş nazir müavini Liu He arasında keçirilən görüşdən sonra səslənib.

Görüşlə bağlı tərəflər heç bir bəyanat yaymayıb.

Birləşmiş Ştatlar 50 milyard dollarlıq Çin məhsuluna tarif qoymaqla hədələyib. ABŞ prezidenti Ticarət Təmsilçisi Robert Lighthizerdən xahiş edib ki,150 milyardlıq Çin məhsulunun vergiyə cəlb olunmasını nəzərdən keçirsin.

Çin isə buna cavab olaraq 50 milyard dollarlıq ABŞ məhsulunu hədəf alıb. Bütün bunlar qlobal ticarət müharibəsi ilə bağlı narahatlıqlar yaradıb.

XS
SM
MD
LG