Accessibility links

Avstraliyalı aparıcı Çində həbs edilib


Avstraliya rəsmiləri Çində həbs edilən Avstraliya televiziyasının tanınmış xəbər aparıcısı ilə əlaqə saxladıqlarını bildirib.

Xarici İşlər Nazirliyi bazar ertəsi Çin rəsmilərinin Çenq Linin həbs edildiyi barədə məlumatı avqustun 14-də verdiyini bildirib. Nazirlik həbsxanada saxlanılan Şenqlə konsulluq arasında söhbətin keçən cümə axşamı virtual olaraq keçirildiyini deyib.

Nazirlik Çenqin nəyə görə həbs edildiyini bilmədiyini deyib. Avstraliya xəbər agentlikləri onun “təyin olunmuş yerdə yaşayış nəzarəti” adlı yerdə saxlandığını və bir neçə ay orada saxlana biləcəyini bildirib.

Avstraliya vətəndaşı olan Çenq Li Çin Qlobal Televiziya Şəbəkəsi və ya CGTN-nin aparıcısı və reportyor kimi çalışıb. Məşhur jurnalistin videoları kanalın onlayn platformaları və sosial media səhifələrindən silinib.

Çengin Pekində saxlanması onsuz da kövrək olan Avstraliya-Çin münasibətlərinə növbəti zərbə kimi qiymətləndirilib.

Avstraliyanın xarici işlər naziri Maris Peyn Kanberanın iki regional qonşu arasında gərginliyin getdikcə bir vaxtda Çengin tutulması ilə bağlı məlumat əldə edilməsinin davam etdiləcəyini deyib.

Pekin Avstraliyanın ötən il Çinin Uhan şəhərində aşkarlanan koronavirusla bağlı müstəqil araşdırma aparılmasını tələb etməsinə cavab olaraq o ölkənin kənd təsərrüfatı mallarının idxalına yüksək tariflər və məhdudiyyətlər tətbiq edib.

XS
SM
MD
LG