Accessibility links

Çin Avstraliyanın koronavirus səyahət qadağasını tənqid edir


Çinin Avstraliyadakı səfirliyi Avstraliyanin koronavirusla bağlı səyahət qadağasını tənqid edib. Bu qanun Çindən Avstraliyaya səyahət edən bütün xarici vətəndaşların ölkəyə girişini ən az iki həftəlik qadağan edir. Kvinslend şəhərində yaşayan səkkiz yaşlı oğlan Avstraliyada koronavirusa yoluxan 13-cü insandır. Yaponiyanın Yokohama şəhərindəki Diamond Princess kruiz gəmisində koronavirus testlərinin müsbət çıxdığını 10 nəfərdən ikisi avstraliyalıdır.

100 mindən çox çinli tələbə səyahət qadağasına görə Avstraliyanın universitet və kolleclərdə dərslərə qatıla bilməyəcək. Onlar bu semestr üçün dərslərin açılış həftələrini qaçıracaqlar və bunun əvəzində evlərində onlayn oxumaq məcburiyyətində qalacaqlar.

Məhdudiyyətlər nəticəsində ötən həftə sonu Avstraliya hava limanlarında saxlanılan təxminən 70 çinli tələbənin vizası ləğv edilib.

Çinli diplomatlar bildirir ki, səyahət qadağası barədə kifayət qədər məlumat verilməyib və qadağa fevralın 1-də qüvvəyə mindiyi zaman artıq onlarla tələbə təyyarə səfərində olub.

Çinin Avstraliyanin Kanberra şəhərindəki səfirinin müavini Vang Tsininq bildirib:

“Vəziyyətdən məmnun deyilik, çünki tələbələrə öncədən xəbərdarlıq verilməyib. Məhdudiyyət barədə məlumat almağa vaxtları yetməyib".

Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə hal komitəsi koronavirusu ictimai sağlamlıq sahəsində qlobal təhlükə elan edib. Virusun yüngül halları soyuqdəymə simptomlarına, ağır infeksiyalar isə sətəlcəmə, böyrək çatışmazlığına və ölümə səbəb ola bilər.

XS
SM
MD
LG