Accessibility links

Çin BBC-nin yayımına qadağa qoyub


Çinin yayım tənzimləyicisi BBC Dünya Xəbərlərininin “ciddi məzmun pozuntuları”-na yol verdiyi üçün efirdən çıxardığını bildirib.

Qərar Britaniyanın yayım tənzimləyici qurumu olan Rabitə Ofisinin Çin Qlobal Televiziya Şəbəkəsinin lisenziyasını ləğv etməsindən bir həftə sonra verilib.

Britaniyanın yayım tənzimləyicisi Çin Kommunist Partiyasının televiziya şəbəkəsinin redaksiya siyasətinə nəzarət etdiyini və bununla da siyasi orqanların yayım lisenziyası sahiblərinə nəzarət etməsini qadağan edən Britaniya qanununun pozulduğunu deyib.

Cümə axşamı Çin Milli Radio və Televiziya İdarəsi (NRTA) BBC-nin ölkə ilə əlaqəli reportajlarında “radio və televiziya rəhbərliyi qaydalarını ciddi şəkildə pozduğunu”, eləcə də “Çinin milli maraqları və etnik həmrəyliyini kölgə altına aldığını” bildirib.

Avstraliyada yerləşən BBC Dünya Xəbərləri Təqdimatçısı Yalda Hakim Twitter səhifəsindən bildirib ki, NRTA fikrincə, BBC qərbi Sincan bölgəsindəki uyğur etnik azlığı və Çinin COVID-19 pandemiyası ilə əlaqəli məsələlərə dair "saxta xəbərlər verməsinə" görə məsuliyyət daşıyır.

BBC Twitter-də verdiyi açıqlamada Çinin bu addımından "məyusluğunu" ifadə edib.

Şərhlərə bax

XS
SM
MD
LG