Accessibility links

Çin BMT-yə: Uyğurlar üçün heç bir xüsusi yenidən təhsilləndirmə mərkəzi yoxdur


Çin BMT-nin insan hüquqları komitəsinin 1 milyondan çox etnik uyğurun düşərgələrdə saxlanmasına dair narahatlıqlarını rədd edərək, "özbaşına həbslərin" və Sincan bölgəsinin qərbində heç bir "yenidən təhsilləndirmə mərkəzlərinin" olmadığını vurğuladı.

Pekin Cenevrədə irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitənin qaldırdığı suallara cavab verib. Komitənin üzvü ötən həftə bildirib ki, ölkədəki Uyğurlar və digər müsəlman azlıqlar arasında 1 milyondan çox insan "ekstremizmlə mübarizə mərkəzlərində" saxlanılır və onların 2 milyonu "yenidən təhsilləndirmə düşərgələrinə" göndərilib.

Çinin Sincan regionundakı Kaşqar şəhərində İd Kah məscidi qarşısında təhlükəsizlik qüvvələri keşik çəkir.
Çinin Sincan regionundakı Kaşqar şəhərində İd Kah məscidi qarşısında təhlükəsizlik qüvvələri keşik çəkir.

Çinin nümayəndə heyəti BMT-nin komitəsinə “özbaşına həbslərin və heç bir yenidən təhsilləndirmə düşərgələrinin” olmadığını bildirib. Onlar həmçinin bildirib ki, Sincanda rəsmilər "zorakı terrorçu fəaliyyətlərinə" son qoyub və eyni zamanda məhkum edilmiş cinayətkarlara "peşə təhsili və məşğulluq təlim mərkəzlərində" cəmiyyətə yenidən inteqrasiya etmək bacarıqları verilib.

“Yenidən təhsilləndirmə mərkəzlərində 1 milyon uyğurun saxlanıldığı arqumenti tamamilə yanlışdır", Çin nümayəndə heyətinin üzvü Hu Lianhe tərcüməçi vasitəsilə bildirib.

Çinin Sincan bölgəsi
Çinin Sincan bölgəsi

O əlavə edib ki, "etnik azlıqların terrorizmlə mübarizə adı altında dini etiqad azadlığının pozulması halları mövcud deyil". Lakin o həmçinin bildirib ki, “dini ekstremizmlə aldadılanlara köçürülmə və təhsilləndirmə vasitəsilə kömək olunmalıdır.”

Sincan 2009-cu ildə paytaxt Urumçidə hökumət əleyhinə insan ölümülə nəticələnmiş kütləvi iğtişaşlardan sonra illərdir təhlükəsizlik qüvvələrinin təzyiqi altındadır. Son aylar ərzində müşahidə qrupları və şahidlər uyğurların həbs və ideoloji təlimləndirmə mərkəzlərinə göndərildiyini söyləyiblər.

Uyğurlar və onların tərəfdarları Nyu-Yorkda BMT qarşısında Çində etnik uyğurlara qarşı təqiblər əleyhinə yürüş keçirir,15 mart, 2018
Uyğurlar və onların tərəfdarları Nyu-Yorkda BMT qarşısında Çində etnik uyğurlara qarşı təqiblər əleyhinə yürüş keçirir,15 mart, 2018

Ötən həftə həbslər məsələsini gündəmə qaldıran komitə sədrinin müavini Qey Makduqal bildirib ki, Çinin “həbs” rəqəmlərinin “ağ yalanı” ilə razı deyil. O, Çinin yenidən təhsilləndirmə proqramının reallaşdırdığını inkar etmədiyini söyləyib.

Xanım Makduqal deyib: “Siz dediniz ki, 1 milyon olması yalan məlumatdır. Yaxşı, bəs onda nə qədərdilər? Zəhmət olmasa, bizə deyin.” “Onların həbs olunduğu qanunlar, xüsusi müddəalar nə idi?”

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG