Accessibility links

Çin Britaniyanın konsulluq işçisini azadlığa buraxıb, Honq Konqda etirazlar davam edir


Çin polisi şənbə günü Britaniyanın Honq Konqdakı konsulluöunun işçisini sərbəst buraxdığını bildirib. Demokratiya tərəfdarları yenidən küçələrə axın edərək bu dəfə nəzarətin artırılacağına dair narahatlıqlara səbəb olan “ağıllı küçə lampalarının" yığışdırılmasına çağırıb.

Çinin Honq Konqla sərhəddə yerləşən Şenjen şəhərinin ictamai təhlükəsizlik rəsmiləri deyib ki, Simon Çenq Man-kit 15 gün inzibati həbsdən sonra azadlığıa buraxılıb.

Honq Konqda etirazlar
Honq Konqda etirazlar

Konsulluq işçisinin həbsi aylardır hökümət əleyhinə etirazlraın davam etdiyi yarı-muxtar Honq Konqda gərginliyi artırıb. Bu etirazlara yeni ağıllı işıq dirəklərinə qarşı müavimət də daxildir. Fəallar onların içində kamera və üz tanıma proqramının olduğunundan şübhələnir.

Şenjenin ictiami təhlükəsizlik idarəsinin Weibo hesabında bildirilib ki, Çenq Çinin qanunlarını pozduğuna görə həbs olunub və “qanunsuz əməllərini etiraf edib”

Çin höküməti bildirib ki, Çinə iş məqsədilə səfər edərkən həbs olunan Çen Şenjendə ictiami asayişi pozduğuna görə həbs olunub. .

Londonda Xarici və Millətlər Birliyi Ofisinin sözçüsü onun azad edildiyi təsdiq edib.

Honq Konqda etirazlar
Honq Konqda etirazlar

İzlənmə qorxuları

Etirazçılar küçələrə axışaraq Kovlun rayonunda işıq dirəklərinin çıxarılmasını tələb edib. Onlar dirəklərdə Çin hökümətinin istifadə etdiyi yüküək texnologiyalı kamerların və qz tanıma sisteminin ola biləcəyindən narahatdır.

Honq Konq xalqının özəl məlumatları artıq Çinə ekstradisiya olunub. Biz çox narahat olmalıyıq – deyə, yürüşün təşkilatçısı Ventus Lau bildirib.

Bəzi etirazçılar polis idarəsinin olduöu küçədə barikadalar düzəldib. Onlar iğtişaş geyimində olan polislə qarşıdurma yaşayıb.

XS
SM
MD
LG