Accessibility links

Çin: Honq Konq etirazçılarının cəzalandırılması "vaxt məsələsidir"


Çin hökümətinin Honq Konq və Makau işləri üzrə idarəsinin sözçüsü Yanq Quanq (mərkəzdə)
Çin hökümətinin Honq Konq və Makau işləri üzrə idarəsinin sözçüsü Yanq Quanq (mərkəzdə)

Çin Honq Konqda iki aydan çoxdur etiraz edən nümayişçilərə sərt xəbərdarlıq edib.

Çin hökümətinin Honq Konq və Makau işləri üzrə idarəsinin sözçüsü Yanq Quanq çərşənbə axşamı Pekində brifinq zamanı müxbirlərə deyib ki, kütləvi etirazın liderlərinin cəzalandırlması “sadəcə vaxt məsələsidir”.

Onlar vəziyyət barədə səhv mühakimə yürütməməli və bizim səbrimizi zəiflik olaraq görməməlidir.

Asiyanın maliyyə mərkəzi hesab edilən Honq Konqda bir neçə həftədir davam edən küçə nümayişləri səbəbilə Britaniya adanın nəzarətini 1997-ci ildə Çinə təhvil verəndən bəri ən pis siyasi böhran yaşanır.

Nümayişlər iyun ayında başlayıb.

Qəzəbli sakinlər insanların məhkəmə qarşısına çıxarılmaq üçün Çinə göndərilməsini təklif edən qanun layihəsinə etiraz edib.

Daha sonra qanun layihəsi təxirə salınsa da, nümayişlər davam edib və demokratiya çağırışına çevrilib.

Honq Konqda etiraz
Honq Konqda etiraz

Yanq deyib ki, kiçik bir qrup cinayətkar Honq Konqu “uçuruma itələyib” və qrupa xəbərdarlıq edib ki, onlar “vəziyyət barədə səhv mühakimə yürütməməli və bizim səbrimizi zəiflik olaraq görməməlidir”.

Çin rəsmisi həmçinin xəbərdarlıq edib ki, “yanğınla oynamaq istəyənlər onun astəşində məhv olacaq”.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG