Accessibility links

Çin Honq Konq parlamentinin ələ keçirilməsini qınayır


Çin bazar ertəsi Honq Konqda baş verən zorakı etirazları qınayaraq, bunun adanın idarə olunduğu “bir ölkə, iki sistem” formuluna birbaşa hədə olduğunu bildirib.

Minlərlə nümayişçi Honq Konqun Çinlə birləşməsinin 22-ci ildönümündə şəhərin parlament binasına daxil olub. Orada onlar divarları sprey boya və Pekin əleyhinə qraffiti ilə boyayıb. Daha sonra hadisə yerinə iğtişaş polisi gəlib və etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edərək, onları binadan çıxarıb.

Etirazçılar parlament binasında
Etirazçılar parlament binasında

Çin hökümətinin Honq Konqla əlaqələr idarəsinin dövlət mediası vasitəsilə yaydığı bəyanatda bildirilir ki, etirazlar “qanunun aliliyini pozur...Honq Konqun sosial nizamına xələl gətirir” və şəhərin “fundamental maraqlarına” ziyan vurur.

Parlementin qısa müddət etirazçılar tərəfindən ələ keçirilməsindən öncə yüzlərlə honq konqlu şəhərin mərkəzi küçələrində dinc yürüş keçirib.

Etirazlar Honq Konqun Cinə təhvil verilməsinin ildönümünə təsadüf etsə də, adanı bürüyən etiraz dalğasına kommunist Çinə ekstradisiyaya dair mübahisəli qanun layihəsi səbəb olub.

Honq Konqda etiraz
Honq Konqda etiraz

Bu qanun layihəsi iyun ayı boyu kütləvi etirazlara səbəb olub, Honq Konq lideri Karri Lam onu təxirə salacağını bildirib və onun üzr istəməsindən sonra da davam edib. Qanun layihəsinin möhləti gələn il parlament sessiyası başa çatan zaman bitəcək. Lakin Lam qanun layihəsini həmişəlik ləğv etməyib, etirazçıların digər tələblərini də yerinə yetirməyib. Buna polisin iyunun 12-də keçirilən nümayiş zamanı əl atdığı taktikalarla bağlı təhqiqatın aparılmasına dair tələb daxildir.

Honq Konqda şəhərin 2047-ci ilədək təmin olunan muxtariyyətini getdikcə Çinə itirdiyinə dair narahatlıqlar artır. Hazırda vətəndaşlar Honq Konqun mini-konstitutsiyası hesab olunan bir sıra mülki və siyasi hüquqların daxil olduğu Təməl Qanun altında qorunur.

XS
SM
MD
LG