Çin hökuməti cümə günü elan edib ki, 31 yanvar tarixindən etibarən Honq Konq sakinlərinin Britaniya Milli Xarici Pasportunu (BNO) tanımayacaq. Buna səbəb Britaniyanın keçmiş müstəmləkəsindən milyonlarla insana əvvəlcə müvəqqəti yaşayış statusu və sonra isə ölkə vətəndaşlığı bəxş etməyi planlaşdırması olub.
Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician jurnalistlərə verdiyi açıqlamada bilidirib ki, "Britaniya tərəfinin çox sayda Honq Konq sakinlərini ikinci dərəcəli vətəndaşa çevirmək cəhdi iki tərəfin BNO haqqında ilk anlayışının mahiyyətini tamamilə dəyişdirib".
Jaonun sözlərinə görə belə bir hərəkət "Çinin suverenliyini ciddi şəkildə pozdur, Honq Konq və Çinin daxili işlərinə kobud şəkildə müdaxilə edir, eləcə də beynəlxalq hüququ və beynəlxalq münasibətlərin əsas normalarına ciddi şəkildə ziddir."
Bu addım Britaniya hökumətinin Pekinin müxalifətə təzyiqlərindən sonra Honq Konq sakinlərinə sığınacaq təklif etmək vədinə cavab olaraq atılıb.
Britaniyanın Baş Naziri Boris Conson isə verdiyi açıqlamada bildirib ki, "Honq Konq BNO-larının ölkəmizə yaşaması, işləməsi və öz evlərini qurması üçün bu yeni marşrut planı gətirdiyimiz üçün çox qürur duyuram".
"Bunu etməklə Hong Kong xalqı ilə dərin tarix və dostluq əlaqələrimizi qürurlandırdıq və biz azadlıq və muxtariyyata dəstək verdik," bəyanatda deyilir.
Plana əsasən 5,4 milyon Honq Konq sakini beş il ərzində Britaniyada yaşayıb işləyə və sonra vətəndaşlıq üçün müraciət edə bilərdi.
Britaniya Milli Xarici Pasportunu proqramı ilk dəfə 1997-ci ildə Honq Konqun Çin hakimiyyətinə keçməsindən sonra tətbiq edilmişdi. İlkin plana əsasən Honq Konqlular yalnız altı ay müddətinə Braitaniyanı ziyərət edə bilərdi. Proqram onlara Britaniyada işləmək və vətəndaşlıq almaq hüququ vermirdi.