Accessibility links

Çin ikinci "Kəmər və Yol" forumuna ev sahibliyi edir


Çin Pekində ikinci "Kəmər və Yol" Forumunda beynəlxalq infrastruktur proqramını müzakirə etmək üçün 40 ölkənin yüksək səviyyəli liderləri də daxil olmaqla 150 ölkənin nümayəndələrini qəbul edib.

Prezident Şi Tsinpin Mozambiki təsirinə məruz qoyan ardıcıl fəlakətlərdən sonra dəyən zərəri qarşılamağa kömək etmək və ölkəyə humanitar yardım göstərmək təklifi etmək üçün sammit ərəfəsində mozambikli həmkarı Filipe Nyusi ilə görüşüb.

Şi həmçinin, Efiopiya prezidenti Abiy Əhməd və Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqardla da ayrıca görüş keçirib.

"Kəmər və Yol" təşəbbüsü prezident Şinin siyasətinin əsasında durur və böyük həmcdə infrastruktur xərclərinin cəlb edilməsi yolu ilə Çini Asiya və Avropa ilə birləşdirən qədim İpək Yolunun bərpası məqsədi daşıyır.

Analitiklər bunu infrasturktur inşası barədə konfransdan daha çox, Çinin siyasi qüvvə kimi şöhrətini və qüdrətini nümayiş etdirmək cəhdi kimi qiymətlədirir.

Forumda çoxtərəfliliyin əhəmiyyətliliyinin və ticarət və dünya məsələlərində tariflərin tətbiqi kimi proteksionizm siyasətinin tənqidinin əhəmiyyətinin vurğulanması gözlənilir.

Bəzi müşahidəçilər forumu Pekinin dünya miqyasında Birləşmiş Ştatlara qarşı rəyin formalaşdırılması üçün üstüörtülü cəhdi kimi görür.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG