Accessibility links

Çin iqtisadiyyatı 1960-cı illərdən bəri ən böyük tənəzzülə uğrayıb


Çin
Çin

Çin koronavirusun yayılmaısnın qarşını almaq üçün milyonlarla insana evdə qalmalarına dair göstəriş verməsi nəticəsində 1960-cı illərin ortalarından bəri ən böyük tənəzzüllə üzləşən iqtisadiyyatını bərpa etməyə çalışır.

Cümə günü açıqlanan rəsmi məlumata əsasən, dünyanın ikinci ən böyük iqtisadiyyatı mart ayında başa çatan rübdə bir il öncə ilə müqayisədə 6.8 faiz geriləyib. Buna səbəb koronavirus pandemiyası nəticəsində fabriklər, ofislər və alış-veriş mərkəzlərinin bağlanması olub. Ötən ilki artımın 80 faizinə səbəb olan istehlakçı xərcləri və fabriklərin fəaliyyəti bu il gözləniləndən daha zəif olub.

Pandemiyanın dekabr ayında başladığı Çin hakim Kommunist Partiyası virusun nəzarət altına alındığını elan etməsindən sonra işə salınan ilk böyük dünya iqtisadiyyatıdır. Fabriklərin ötən ay açılmasına icazə verilib, kinoteatrlar və milyonlarla insanın işlədiyi digər bizneslər isə hələ də bağlıdır.

Capital Economics təşkilatından Culian Evans-Pritçard yaydığı hesabatda bildirib ki, məhdudiyyətlər qaldırılandan sonra “yaşanan ilk sıçramadan sonra fəallıq yenidən azalıb”.

Buna bənzər ən son tənəzzül 1967-ci ildə 1965-1975-ci illərin ultra-radikal Mədəniyyət İnqilabı zamanı baş verib və 5.8 faiz geriləməyə səbəb olub.

Təhlilçilər daha öncə Çin iqtisadiyyatının bu ay canlanacağını proqnozlaşdırmışdı. Lakin onlar deyir ki, mənfi ixracat, pərakəndə satış və digər statistikaları nəzərə aldıqda kəskin artım ehtimalı çox aşağıdır.

Onlar bunun əvəzinə növbəti rüblərdə tədrici artımın olacağını gözləyir. UBS, Nomura və Oxfor Economic təşkilatları gələn bir il ərzində çox az və ya heç artımın olmayacağını təxmin edir.

Çin ümumilikdə 4631 nəfərin öldüyünü, 82.367 yoluxma halının olduğunu açıqlayıb.

Pərakəndə satışları ilin ilk rübündə keçən illə müqayisədə 19 faiz azalıb. Mart ayında bu göstərici bir az düzəlib və azalma 15.8 faizə bərabər olub. Lakin işlərini itirmək ehtimalından qorxan istehlakçılar hökümətin onları alş-veriş mərkəzləri və avtosalonlara cəlb etmək səylərinə baxmayaraq pul xərcləməkdən çəkinirlər.

Bu isə Çinin dünya iqtisayyatını canlandıracağına ümid edən avtomobil istehsalçıları və digər şirkətlərə zərbə vurur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG