Accessibility links

Çində koronavirus xəstələrinin təcridi üçün ikinci xəstəxananın inşası başa çatdırılıb


Çərşənbə axşamı Çində 560-dan çox insanın ölümünə səbəb olan və yayılmaqda davam edən, iqtisadi qorxuları artıran virus xəstələrini təcrid və müalicə etmək üçün ikinci xəstəxananın inşası başa çatıb.

Çinin birinci xəstə qrupuna yeni anti-viral dərmanı sınaqdan keçirməyə başlaması gözlənilir. Çin də daha yüngül simptomları olan insanları idman mərkəzlərindən, sərgi salonlarından və digər ictimai yerlərdən təcili olaraq xəstəxanalara köçürür.

Xəstəliyin ilk dəfə dekabr ayında aşkar edildiyi Uhan şəhərinin səhiyyə sistemi minlərlə xəstə ilə üz-üzə qalıb. Virus xəstələri üçün xüsusi olaraq inşa edilən 1500 yataqlı xəstəxana prefabrik palatalar və təcrid otaqları olan 1000 çarpayılıq xəstəxanadan bir neçə gün sonra açılıb.

Digər müalicə mərkəzlərindəki otaqlar olduqca dar idi. Rəsmi Sinhua Xəbər Agentliyinin bildirdiyinə görə, Uhanın 12500 çarpayıdan ibarət 132 karantin mərkəzi var.

Çinin səhiyyə orqanları 563 ölüm hadisəsini və yoluxma hallarının kəskin şəkildə yüksələrək, 28 mindən çox olduğunu təsdiqləyib. Təsdiqlənmiş halların sayının 28 018 yüksəldiyini bildirilib.

Honq Konq və Filippində iki ölüm də daxil olmaqla, azı 260 yoluxma halı təsdiqlənib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda hərbi helikopter qəzasında 14 hərbçi həlak olub
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG