Accessibility links

Çin koronavirusa yoluxmaların qarşısını almaq üçün yenidən məhdudiyyətlər tətbiq edir


Çin paytaxtı Pekində koronavirusun yenidən yayılmasının qarşısını almaq üçün çərşənbə günü yenidən məhdudiyyətlər tətbiq etməyə başlayıb. Bu arada Braziliya təsdiqlənmiş yoluxma hallarının gündəlik rekord səviyyədə artdığını bildirib, ABŞ-d isə ölənlərin sayı I Dünya Müharibəsində ölənlərin sayını keçib.

Pekində məhdudiyyətlərlə bağlı addımlar arasında onlarla daxili uçuşların ləğvi, sosial məsafənin ciddi şəkildə qorunması və bəzi yaşayış məntəqələrinə daxil olanların qızdırmasının ölçülməsi və qeydiyyatdan keçməsi kimi tələblər var.

Keçən həftənin sonlarından bəri Pekində topdansatış ərzaq mərkəzi ilə əlaqəli azı 137 yeni yoluxma halı qeydə alınıb.

Braziliyanın səhiyyə rəsmiləri çərşənbə axşamı 24 saat ərzində 34 min 918 yeni təsdiqlənmiş yoluxma halının qeydə alındığını bildirib. Ölkədə koronavirusa 900 mindən çox yoluxma halı qeydə alınıb. Braziliyada yoluxma hallarının sayı yalnız ABŞ-dan aşağıdır.

Braziliya prezidenti Ceyir Bolsonaro virusun ciddiliyinə məhəl qoymayaraq, müəssisələrin yenidən açılmasına çağırır. Onun aparatının rəhbəri Valter Braqa Netto çərşənbə axşamı "böhran var, biz ölənlərin ailələri ilə birlikdə kədərlənirik, lakin vəziyyət idarə olunur" deyib.

XS
SM
MD
LG