Accessibility links

Çin məhkəməsi iPhone telefonlarının satışına qadağa qoyub


Çin məhkəməsi ölkə ərazisində bir neçə iPhone modelinin satışına qadağa qoyub. Buna səbəb iPhone istehsalçısı Apple ilə ABŞ çip istehsalçısı Qualcomm arasında davam edən mübahisə olub.

Qualcomm bildirir ki, Çin məhkəməsi şirkətin müraciətinə əsasən Apple-ın dörd törəmə şirkətinə qarşı ilkin qərar qəbul edərək, onlara iPhone 6S-dən iPhone X-ə qədər olan modellərin satışını qadağan edib. Həmin telefon modelləri Apple iOS əməliyyat sisteminin köhnə versiyasından istifadə edir.

Apple-ın yaydığı bəyanatda qeyd edilir ki, yeni əməliyyat sistemindən istifadə edən iPhone modellərinin Çində satışı davam edir.

Çin məhkəməsinin qərarı Kaliforniyanın iki texnologiya nəhəngi arasındakı uzunmüddətli mübahisədə sonuncu hüquqi addımdır.

XS
SM
MD
LG