Accessibility links

Çin mətbuatı: Trampın ittihamları "kampaniya strategiyası"dır


Çin ABŞ prezidenti Donald Trampın Pekinin ABŞ-ın qarşıdan gələn seçkilərinə müdaxilə etdiyinə dair ittihamlarını rədd edib. Bəzi Çin mətbuat orqanları onun bu sözlərini “ağılsız” adlandırıb, digərləri isə bunu “kampaniya strategiyası” kimi qiymətləndirib.

Prezident Tramp çərşənbə günü Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında nadir ictimai ittihamlar səsləndirib.

“Təəssüf ki, biz Çinin qarşıdan gələn 2018-ci il seçkilərimizə müdaxiləyə cəhd etdiyini aşkar etmişik. Mən və mənin administrasiyam bu müdaxilənin əleyhinədir. Onlar bizim qalib gəlməyimizi istəmir, çünki mən ticarət məsələsində Çinə meydan oxuyan ilk prezidentəm və biz ticarət baxımından onlara qalib gəlirik. Biz hər səviyyədə qalibik. Biz onların bizim seçkilərə müdaxilə etməsini istəmirik” - deyə, Tramp bildirib.

Çinin Xarici İşlər Nazirliyi dərhal bu ittihamları rədd edib. Cümə axşamı Pekində keçirilən qısa mətubat konfransında xarici işlər nazirinin sözçüsü Genq Şuanq deyib ki, beynəlxalq ictimaiyyət hansı ölkənin başqa ölkələrin işlərinə müdaxilə etdiyini yaxşı bilir.

Bundan əlavə cümə axşamı Kommunist Partiyasının dəstəklədiyi Global Times qəzetində təkzib dərc olunub və orada bu ittihamlar “yaradıcı kampaniya strategiyası” adlandırılıb.

Çərşənbə günü Ağ Ev müxbirləri ilə brifinq zamanı Tramp administrasiyasının yüksək vəzifəli rəsmisi deyib ki, Pekin “siyasi, iqtisadi, kommersiya, hərbi və məlumat vasitələrindən Çin Kommunist Partiyasının maraqlarının xeyrinə” istifadə edir.

Çərşənbə günü Tramp öz Twitter hesabında Çinin Des Moines Register və digər qəzetlərdə xəbərə bənzədilən təxribat reklamları yerləşdirdiyini yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG