Malayziya rəsmilərinin bildirdiyinə görə, Çin Hind okeanında Avstraliyadan cənub-qərbdə suda üzən böyük əşyaların peyk görüntülərini açıqlayıb.
Malayziyanın Müdafiə naziri Hişamuddin Hüseyn müxbirlərə deyib ki, Çin peyki iki həftə bundan əvvəl 239 sərnişinlə uçan itmiş Malayziya təyyarəsinin axtarıldığı ərazidə 22 santimetr böyüklükdə əşyanın olduğunu qeydə alıb.
Nazirin sözlərinə görə, başlıca narahatlıq ondan ibarətdir ki, əşyanın təyyarəyə məxsus olmadığı müyyən edilsə, onun axtarışları yenidən iki olduqca böyük ərazidə davam etdirilməli olacaq.
Bununla belə, hələlik peykin qeydə aldığı əşyanın təyyarəyə məxsus olduğunu təsdiqləyən heç bir məlumat verilməyib. Çinin bəzi detalları gün ərzində açıqlayacağı gözlənilir.
Avstraliya üçüncü gündür əraziyə axtarış təyyarələrini göndərib. Avstraliyanın Baş nazirinin müavini Uorren Truss deyib ki, axtrışlar rəsmilərin səylərin artıq mənası olmadığını müəyyən edənə qədər davam etdiriləcək.