Accessibility links

ABŞ-ın Çin mallarına yeni tarifləri qüvvəyə mindi


Birləşmiş Ştatlar 200 milyard dollar dəyərindəki Çin idxallarına tarifi 10 faizdən 25 faizədək artırdı.

Çin cümə günü tariflərin artırılmasına “dərin təəssüfləndiyini” və “lazımı cavab tədbirləri” görəcəyini bildirib, lakin heç bir detal paylaşmayıb.

Tariflərin artırılması Çinin vitse baş naziri Liu He, ABŞ-ın ticarət məsələləri üzrə nümayəndəsi Robert Laytayzer və ABŞ-ın maliyyə naziri Stiven Mnuçin arasında danışıqların getdiyi vaxta təsadüf edib.

ABŞ və Çinin ticarət vasitəçiləri cümə axşamı iki gün davam edəcək danışıqların ilk gününü başa çatdırıb. Bu danışıqlar ticarət razılığını qoruyub saxlamaq məqsədi daşıyır, baxmayaraq ki, prezident Donald Tramp Çin mallarına “yeni ağır tariflərin” tətbiq olunacağını söyləyib.

Ağ Ev cümə axşamı bildirib ki, “nümayəndə Laytayzer və nazir Mnuçin Çinlə aparılan danışıqları müzakirə etmək üçün prezident Trampla görüşüb. Daha sonra onlar vitse baş nazir Liu He ilə iş şamı edib və cümə günü danışıqları davam etməyə razılaşıb”.

Cümə günü danışıqlar davam edir

Tramp administrasiyası Pekini geri çəkilməkdə ittiham edəndən sonra çökmək riski ilə üzləşən danışıqlarda Çinin nümayəndə heyətinə Liu He başçılıq edir.

Biz razılıq əldə etməyə çox yaxın idik, amma onlar razılığın şərtlərini yenidən müzakirə etməyə başladı”- deyə, Tramp cümə günü bildirib.

Prezident deyib ki, “geri gəlmək” və cümə günü əlavə tariflərin tətbiq olunması üçün müəyyən olunan son möhlət günündən öncə müzakirələri davam etdirmək “onların fikri idi”.

Tramp həmçinin Şidən “gözəl məktub” aldığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG