Accessibility links

Çin məlumat təhlükəsizliyi təşəbbüsünə başlayır


Çinin Xarici İşlər Naziri çərşənbə axşamı şəxsi məlumatlardan casusluğa qədər sahələrdə izlənilməsi lazım olan prinsipləri əks etdirən qlobal məlumat təhlükəsizliyi təşəbbüsünün başlandığını elan edib.

Van Yi təşəbbüsü beynəlxalq əməkdaşlıq konfransı çərçivəsindəki video-müraciətdə açıqlayıb. Bu təşəbbüs ABŞ-ın Çinin ən böyük texnoloji şirkətlərinə təzyiq göstərməyə davam etməsi və dünya ölkələrini onları bloklamağa inandırmağa çalışması ilə ortaya çıxıb.

Çinin təşəbbüsünə 8 mühüm məqam daxildir. Burada digər ölkələrin kritik dərəcədə vacib infrastrukturuna zərər vermək və ya məlumatları oğurlamaq üçün texnologiyadan istifadə etməmək və xidmət təminatçılarının məhsullarına defekt quraşdırılmamısını və istifadəçi məlumatlarını qanunsuz olaraq əldə etmələrinə dair məqamlar da yer alıb.

Pekində çıxış edən Van təşəbbüsün "şəxsi məlumatları pozan" fəaliyyətlərə son qoyacağını və digər dövlətlərə qarşı kütləvi izləmə üçün texnologiyadan istifadə edilməsinə qarşı çıxdığını deyib.

Təşəbbüsdə deyilir ki, şirkətlər ev sahibi ölkələrin qanunlarına da hörmət göstərməli və yerli şirkətləri xaricdə yaradılan məlumatları öz ərazilərində saxlamağa məcbur etməyi dayandırmalıdır.

ABŞ dövlət katibi Mayk Pompeo ötən ay "Təmiz Şəbəkə" proqramını açıqlayıb və bu proqramın vətəndaşların məxfiliyini və həssas məlumatları "Çin Kommunist Partiyası kimi pis ziyanvericilərdən" qorumağa yönəldiyini deyib. Təşəbbüsün bir çox bəndləri bu ittihamların bəzilərinə toxunur.

Pompeonun şərhlərinə aydın şəkildə istinad edən Çjao “Çin həmişə geniş və səviyyəli, açıq və iş birliyinə meylli olub. Bütün ölkələr, xüsusən Çinə qəsdən ləkələyən və vəhşi ittihamlarla böhtan atan ölkələr Çin kimi belə bir vəd verə bilsələr, bu, bütün ölkələr arasında rəqəmsal təhlükəsizlik məsələlərində qarşılıqlı inam və əməkdaşlıq üçün faydalı olar" - deyə, o qeyd edib.

ABŞ Çinin texnologiya şirkətlərini istifadəçi məlumatlarını toplayaraq Pekinə geri göndərərək milli təhlükəsizlik təhdidləri verməkdə günahlandırmışdı. “Huawei” və “ByteDance” daxil olmaqla, şirkətlər bu iddiaları rədd edib.

XS
SM
MD
LG